Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

20.06.2017 [09:22]

İyunun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Dövlət himni səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru M.Babanlı Milli Qəhrəman Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür yolundan və şəhid olduğu gün göstərdiyi şücaətlərdən danışıb.
“Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq bir Azərbaycan övladının öz torpağı uğrunda olan hayqırtısıdır. Bizim gənclər onun vətənpərvərliyindən örnək götürməlidirlər. Biz ADNSU-da M.İbrahimovun qarşısına toplaşdığımız bu heykəlinə and yerimiz kimi baxırıq”, - deyə rektor bildirib.
Daha sonra Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə “Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və hərbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Ə.Qənizadə Azərbaycanın Mübariz kimi qəhrəman oğullarının vətən, xalq uğrunda hər an canlarını qurban verməyə hazır olduğunu vurğulayıb.
“Mübariz qəhrəman doğulmamışdı, lakin ətrafında yaşananlar onu qəhrəman kimi yetişdirdi. Onun kimi qəhrəman igidlərimiz on minlərlədir. Ona görə də Azərbaycan hər zaman qəhrəmanları ilə fəxr edib və gün gələcək biz öz torpaqlarımızı düşməndən azad edəcəyik”, - deyə Ə.Qənizadə bildirib.

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31