/ / “Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin və Azərbaycan həqiqətlərinin təbliği” mövzusunda tədbir keçirilib
“Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin və Azərbaycan həqiqətlərinin təbliği” mövzusunda tədbir keçirilib
11.07.2017 [09:41]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi “Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin və Azərbaycan həqiqətlərinin təbliği” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan layihənin koordinatoru Bəhruz Qaraməmmədov İctimai Birliyin fəaliyyəti barədə məlumat verdikdən sonra sözügedən layihənin məqsədi haqqında çıxış edib: “Məqsədimiz informasiya cəmiyyətinin qurulmasında dövlətimizin siyasətinə dəstək verməkdir. İnformasiya cəmiyyətində sosial şəbəkələr böyük rol oynayır. Sosial şəbəkələr artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. İstəyirik ki, biz də sosial şəbəkələrdən faydalanaraq ölkəmizin həqiqətlərini dünyaya çatdıraq”.
Daha sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu sosial şəbəkələrdə gənclərin rolunun böyük olduğunu bildirib. Onun sözlərinə görə, dövrümüz informasiya cəmiyyəti ilə xarakterizə olunur və onun da özünəməxsus xüsusiyyətləri var: “Ən son hadisələrə diqqət salaq. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva (Allahverdiyeva) qətlə yetiriliblər. Bu, faşizmin ən qəddar nümunəsidir. Sosial şəbəkələrdə və mediada bu məsələyə münasibət necə oldu? Azərbaycan cəmiyyətinin nümayəndələri sosial şəbəkələrdə bu hadisəyə dərhal reaksiya verdilər və ermənilərin bu vandallığının dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərdilər. Amma etiraf edək ki, bu prosesdə Azərbaycanın intellektual resursları milli medianı və sosial şəbəkəni üstələdi. Bu, çox vacib məsələdir. Nələr baş verdi? İlk növbədə Azərbaycanın dostu olan ölkələrin səfirlikləri və rəsmiləri hadisəyə münasibət bildirdilər. Nəticədə ATƏT-in Minsk qrupunun həmsədləri verdiyi bəyanata düzəliş etməli oldular”.
Prezident Administrasiyasının əməkdaşı Gülsel Səfərova isə “Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin və Azərbaycan həqiqətlərinin təbliği” mövzusunun ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirib: “Gündəlik baş verən hadisələr sosial şəbəkələrdə müzakirə olunur və onu qısa müddətdə dünyaya çıxarır. Sosial şəbəkə insanlarla əlaqədir. Etiraf edək ki, sosial şəbəkələr arasında “Facebook” bu gün virtual aləmi idarə edir. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən hadisəyə hər birimiz kədərləndik və faciə qurbanlarını sosial şəbəkələrdə öz fikirlərimizlə yad etdik. Nəticədə sosial şəbəkələrdə kifayət qədər aktivliyin olduğunu müşahidə etdik. Buna baxmayaraq, hələ də istədiyimizə nail ola bilməmişik. Azərbaycan vətəndaşı düşünməli deyil ki, mən balaca Zəhranı iki gün yad etdim və bununla işim bitdi. 2 yaşlı uşağın qətli ilə bağlı təbliğat dayanmamalıdır, davam etdirilməlidir. Bu məsələdə gənclər, xüsusi ilə də gənclər təşkilatları fəal olmalıdırlar”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45

