İranlı nümayəndə heyətinin üzvləri ilə azərbaycanlı media təmsilçilərinin görüşü keçirilib
13.07.2017 [09:55]
Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində İranın Bakıda səfərdə olan media fəaliyyətinə məsul qurumlarının nümayəndələrinin ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalist təşkilatlarının təmsilçiləri ilə görüşü keçirilib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, toplantını İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə açaraq İran və Azərbaycan dövlətlərinin əməkdaşlığının media müstəvisinə daşınmasının zəruriliyini əsaslandırıb. Bu baxımdan ötən ilin noyabrında Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış Əməkdaşlıq Memorandumunu son dərəcə əhəmiyyətli sənəd kimi dəyərləndirib. Həmin memoranduma əsasən Azərbaycanda iyulun 10-dan 13-dək səfərdə olan nümayəndə heyəti üzvlərinin ötən bir neçə gün ərzində vacib görüşlər keçirdiyini diqqətə çatdırıb. Səfir xüsusən KİV redaksiyalarındakı görüşlərin pozitiv cəhətlərindən söz açıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışına Əməkdaşlıq Memorandumunda əksini tapmış məsələlər barədə geniş məlumat verməklə başlayıb. O bildirib ki, sənəddə hər iki ölkə jurnalistləri arasında qarşılıqlı təcrübə mübadiləsinin, səfərlərin təşkili, birgə konfrans və seminarların keçirilməsi, etibarlı informasiya mübadiləsi sisteminin formalaşdırılması, regiona daxil olan ölkələrin jurnalistlərinin iştirakı ilə beynəlxalq görüşlərin keçirilməsinə dəstək göstərilməsi və sair məsələlər əksini tapıb. “Mən ötən ilin noyabrında Tehranda oldum. Bu, əməkdaşlığımız üçün ilk addım idi. İrandan Azərbaycana səfər artıq ikinci təşəbbüsümüzdür. Əminəm ki, belə səfərlər gələcəkdə mütəmadi xarakter daşıyacaq”, - deyə Ə.Amaşov vurğulayıb.
İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezami qeyd edib ki, İran və Azərbaycan xalqları arasındakı möhkəm tarixi bağlılıq bölgə insanlarının hazırkı dövr üçün də birgə fəaliyyətini zəruriləşdirən motivdir. Media isə missiya etibarilə bu fəaliyyəti stimullaşdırmalı, daha da gücləndirməli, hansısa kənar təsirlərdən qorumalıdır. Bu, region əhalisinin rifahı, dünyaya sülh və barış mesajının verilməsi baxımından son dərəcə önəmlidir. İranın media fəaliyyətinə məsul qurumlarının Azərbaycana səfərinin KİV-lər arasındakı əməkdaşlığı dərinləşdirmək məramına söykəndiyini vurğulayan H.Entezami səfərin olduqca faydalı keçdiyini də dilə gətirib.
Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Qasımlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu müxtəlif sınaqlardan çıxmış İran-Azərbaycan münasibətlərinin müasir dövrdəki inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsində media peşəkarlığının başlıca əhəmiyyət daşıdığını müxtəlif faktlarla əsaslandırıblar. Onlar bildiriblər ki, dünyada müsəlman aləminə qarşı birmənalı yanaşmanın mövcud olmadığı hazırkı dövrdə İran və Azərbaycan mediasının müştərək fəaliyyəti baxımdan nəzərdən keçirilməli məqamlar çoxdur.
Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi Azərbaycana 18 il əvvəl səfər etdiyini deyərək xatirələrini bölüşüb. H.Asəfi ötən müddətdə ölkədə əsaslı dəyişikliklərin baş verdiyini vurğulayıb, bu tendensiyanın media məkanından da yan ötmədiyinə əminliyini bildirib. O, Bakıda keçirdiyi görüşlərdə bunun əyani şahidinə çevrildiyini dilə gətirib. Nazirlik rəsmisi, həmçinin İran-Azərbaycan media əməkdaşlığının perspektivi baxımdan da maraqlı fikirlər səsləndirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22

