Altı ayda istehlakçılara 121 milyon kubmetr su verilib
03.08.2017 [10:00]
“Azərsu” ASC-də 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. İclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi 2017-ci ilin birinci yarısında da Azərbaycanda sabitlik və inkişaf təmin olunub, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi edib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2017-ci ilin yanvar-iyun aylarında sosial və infrastruktur layihələrinin icrası uğurla davam etdirilib.
“Azərsu” ASC-nin sədri ilin ilk 6 ayında su təsərrüfatı sektorunda əlamətdar hadisələrin baş verdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, martın 14-18-də I Bakı Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri keçirilib. “Azərsu” ASC Beynəlxalq Su Resursları Assosiasiyasının üzvü seçilib və bu təşkilat 2021-ci ildə Dünya Su Konqresinin Bakı şəhərində keçirilməsi təklifini dəstəkləyib. Səhmdar cəmiyyət Beynəlxalq Biznes Təşəbbüsləri Təşkilatının liderlik, keyfiyyət, innovasiya və mükəmməllik sahəsində Qızıl Mükafatına layiq görülüb.
“2017-ci ilin yanvar-iyun aylarında içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib. 2017-ci ildə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb, Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Ötən dövrdə Xırdalan şəhərinin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasına başlanılıb, Gəncə və Şəki şəhərlərində şəbəkələrin tikintisi sürətləndirilib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrası uğurla davam etdirilir. Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan ərazilərdə səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əkin sahələrinin suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihə yekunlaşıb, Hacıqabul və Şamaxı rayonlarında isə işlər davam etdirilir”, - deyə Q.Hüseynov vurğulayıb.
ASC sədri bildirib ki, 2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 milyon kubmetr su verilib, 84 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 133 kilometr içməli su, 145 kilometr kanalizasiya xətləri, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 110 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.
Sonra “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, Texniki İstehsalat Departamentinin rəisi Aydın Abbasov, Müştəri Xidmətləri Departamentinin rəisi Əbülfəz Kərimzadə, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, Pirallahı rayon Sukanal İdarəsinin rəisi Əli Kərimov hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə 2017-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası davam etdiriləcək. İlin sonunadək 6 şəhərdə layihələrin icrasının yekunlaşması gözlənilir. Eyni zamanda, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması, Bakı şəhərində səth sularının yığılma təhlükəsi olan ərazilərdə həyata keçirilən layihələrin başa çatdırılması nəzərdə tutulur.
ASC sədri iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, müştəri informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, çoxmənzilli binaların zirzəmilərində təmir-bərpa işlərinin aparılması, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03

