Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək
18.08.2017 [09:54]
41-ci konfransda iştirak edən dünya skautları bu qənaətdədirlər
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları skaut hərəkatının inkişafı ilə bağlı səmərəli müzakirələr aparır, önəmli qərarlar qəbul edirlər.
Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir.
AZƏRTAC xəbər verir ki, konfransın plenar sessiyasında BMT-nin qlobal təhsil üzrə xüsusi nümayəndəsi Qordon Braunun videomüraciəti yayımlanıb. Videomüraciətdə qeyd olunub ki, skaut hərəkatı beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməli və bu istiqamətdə daha çox təbliğat işləri aparılmalıdır.
Dünya Skaut Konfransının müxtəlif ölkələrdən olan iştirakçıları beynəlxalq tədbirin yüksək səviyyədə təşkil edilməsini minnətdarlıqla qeyd edir, Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqlarını bildirirlər.
Konfransın Finlandiyadan olan iştirakçısı Lasse Roiha:
- Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı yüksək səviyyəli təşkilatçılığı, iştirakçıların çoxluğu, müzakirələrin səmərəliliyi ilə seçilir. Tədbirin keçirildiyi məkan - Bakı Konqres Mərkəzi çox gözəldir. Burada skautlar üçün əlverişli şərait yaradılıb. Əminəm ki, Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək.
Qvatemalanı təmsil edən Rikardo Vaqner:
- Dünya Skaut Konfransının Bakıda keçirilməsindən çox şadam. Təşkilatçılıq yüksək səviyyədədir. İştirakçıların rahat şəkildə müzakirə aparmaları üçün hər cür şərait yaradılıb. Azərbaycan dövləti belə mühüm beynəlxalq tədbirlərin keçirilməsində yaxşı təcrübəyə malikdir. Xəzər dənizi sahilində yerləşən Bakıda olmağımdan çox məmnunam. Azərbaycanda gedən inkişaf proseslərinin şahidi oldum.
Braziliyalı skaut Arcangelo Safanelli:
- Konfransda skautların gələcək inkişaf strategiyalarını müzakirə edirik. Ən əsası yaxşı ünsiyyətlər qururuq. Azərbaycanlı skautlarla da tanış olmuşuq və dostluq əlaqələri yaratmışıq. Bu əlaqələri inkişaf etdirəcəyik.
Danimarka təmsilçisi Morten Trampedak:
- Bakı skautların beynəlxalq konfransına uğurla ev sahibliyi edir. Müxtəlif ölkələrdən gələn skautlar burada çox faydalı müzakirələr aparırlar. Bizə yaradılan şəraitdən çox razıyıq. Düşünürəm ki, Azərbaycanın dünyaya tanıdılması üçün bu cür böyük tədbirlərin Bakıda keçirilməsi düzgün addımdır.
Pakistanlı skaut Sajjad Masood:
- Azərbaycan Pakistan üçün qardaş ölkədir. Ona görə biz burada özümüzü vətənimizdəki kimi hiss edirik. Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Hər dəfə də ecazkar təbiətiniz məni heyrətləndirir. Bakı gözəl və təmiz şəhərdir. Konfransda yüksək əhval-ruhiyyə hökm sürür. Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir. Biz dəfələrlə bunun şahidi olmuşuq.
Hindistanı təmsil edən skaut Azan Abzari:
- İlk dəfədir Azərbaycandayam. İşimiz çox olsa da, asudə vaxtımızda şəhərlə tanış oluram. Bakını çox bəyəndim. Düzü Bakının belə gözəl şəhər olduğunu təsəvvür etmirdim. Azərbaycanın digər şəhərlərinə də səyahət etmək istəyirəm. Belə irimiqyaslı konfransın yüksək səviyyədə təşkil edilməsi də məni heyrətləndirdi. Təşkilatçılıq mükəmməldir.
Moldovalı Natalia Curusi:
- Mən Azərbaycan haqqında çox eşitmişdim və buraya gəlməyi çox istəyirdim. Hava limanından çıxan kimi məni mehribanlıqla qarşıladılar. Yolboyu Bakının gözəlliyinə və təmizliyinə heyran oldum. İnsanlarınız çox qonaqpərvər və dostsevərdir. Konfrans yüksək səviyyədə təşkil edilib. Bu tədbir Dünya Skaut Hərəkatının inkişafında mühüm rol oynayacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56

