Bakı Slavyan Universitetində Bilik Günü qeyd olunub
16.09.2017 [10:57]
Sentyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Bilik Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq Ulu öndərin xatirəsini yad ediblər.
Tələbələri yeni dərs ili münasibətilə təbrik edən BSU-nun rektoru, professor Nurlana Əliyeva onlara dərslərində uğurlar arzulayıb. Rektor bildirib ki, yeni tədris ilində BSU-ya abituriyent axını ötən illərə nisbətən xeyli artıb. Son illərin ən yüksək statistik nəticəsinin bu il əldə olunduğunu vurğulayan N.Əliyeva bununla kifayətlənməyəcəklərini, daim yeni təşəbbüslərlə çıxış edəcəklərini bildirib. O deyib: “Məqsədimiz BSU-nun elmi potensialını daha da artırmaq, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq və beynəlxalq əlaqələrini genişləndirməklə dünya təhsilinin ən mütərəqqi ənənələrini bu ali məktəbdə tətbiq etməkdir”.
BSU-nun qısa müddətdə ən müasir səviyyədə təmir olunaraq tələbələrin ixtiyarına verildiyini deyən rektor diqqətə çatdırıb ki, burada universitetin kollektivi üçün lazımi şərait yaradılıb. O, bütün bu uğurların Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğının nəticəsində əldə edildiyini bildirib.
Tələbə adını qazanmış gəncləri təbrik edən Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə təhsil siyasətinin neft kapitalını insan kapitalına çevirmək istiqamətinə yönəldiyini qeyd edib. BSU-nun fəaliyyətini yüksək dəyərləndirən B.Muradova bu ali təhsil ocağının Azərbaycanın diplomatik əlaqələrinin inkişafında mühüm rol oynadığını deyib.
Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov yeni tələbə adını qazanan gəncləri öz bilikləri, bacarıqları ilə cəmiyyətimizdə nümunə olmağa çağırıb. Dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Ş.İsmayılov tələbələri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə səsləyib.
Universitet həyatına yenicə qədəm qoyan gənclərlə təəssüratlarını bölüşən BSU-nun ikinci kurs tələbəsi Təhminə Yaqubova bu ali məktəbdə müəllim və tələbə kontingenti üçün yaradılan şəraitə görə rektora minnətdarlığını bildirib.
Sonra qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq BSU-nu seçən tələbələr Nuranə Qasımovaya və Allahverdi Həsənliyə hədiyyələr təqdim olunub.
Müşfiqə
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

