/ / İstanbuldakı beynəlxalq konfransda Azərbaycanda gənclərlə bağlı qəbul olunan dövlət proqramlarından danışılıb
İstanbuldakı beynəlxalq konfransda Azərbaycanda gənclərlə bağlı qəbul olunan dövlət proqramlarından danışılıb
28.09.2017 [10:21]
Sentyabrın 26-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumunun “Müsəlman gənclərin vəziyyəti” mövzusunda beynəlxalq konfransı keçirilib. Azərbaycanı bu konfransda gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsəlman gənclərin qarşılaşdıqları əsas problemlərin həlli üçün gənclər sahəsində fəaliyyət göstərən dövlət orqanlarına, ictimai təşkilatlara istiqamət verib, vasitələr tapmaq konfransın əsas müzakirə mövzularından olub. Müsəlman gənclərin qarşılaşdıqları problemlərin həlli yolunda onlar arasında əlaqələndirmənin gücləndirilməsinə diqqət yetirilməsi də beynəlxalq konfransda müzakirə edilib.
Gənclər və idman naziri Azad Rəhimov konfransda çıxış edərək dövlətimizin gənclərin üzləşdiyi problemlərin həlli yolları üzərində daim işləməsi ilə yanaşı, eyni zamanda, onların əvvəlcədən qarşısının alınması istiqamətində də çalışdığını bildirib.
A.Rəhimov Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyi dövrdə siyasi və iqtisadi sahələrdə bir sıra çətinliklər yaşaması, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğalı, bir milyondan çox insanın öz doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, çoxlu sayda gəncin həyatını, eyni zamanda, dövlətin inkişafına və sabahına olan inamını itirməsi barədə danışıb. Nazir 1994-cü ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması və ötən müddətdə ölkəmizdə gənclərin inkişafı istiqamətində dövlət proqramlarının imzalanması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, ideya və təkliflərin bir yerə toplandığı forumların keçirilməsi və digər mühüm əhəmiyyət kəsb edən mövzular haqqında məlumat verib. A.Rəhimov deyib ki, imzalanan bütün dövlət proqramları gənclər siyasətinin inkişafı ilə yanaşı, hər bir gəncin bir fərd olaraq inkişafına yönəlib. Çünki gəncliyin inkişafı ölkənin inkişafı deməkdir. Bu fikir Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirmək” ideyasını özündə tərənnüm edir.
İstanbula səfəri çərçivəsində nazir A.Rəhimov İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırma və Təlim Mərkəzinin icraçı direktoru Musa Kulaklıkaya, Qətərin mədəniyyət və idman naziri Salah bin Ghanim Al Ali, Türkiyənin gənclər və idman naziri Osman Aşkin Bak, Fələstinin gənclər və idman üzrə yüksək müşaviri Jibril Rajoub və başqaları ilə görüşlər keçirib.
Nazir, həmçinin Türkiyənin “TRT” və “Kanal 24” kanallarına müsahibə verib.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56

