Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır
06.10.2017 [09:55]
Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər Gününə həsr olunan bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətinin, təhsil işçilərinin iştirak etdikləri tədbirdə əvvəlcə müəllimlər gününə həsr olunan videoçarx göstərilib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışıb, Prezident İlham Əliyevin səyləri nəticəsində son illərdə respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, təhsilimizin inkişafında böyük rolu olan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin qazandığı uğurlar barədə məlumat verib.
A.Əsgərov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu Öndər respublikaya rəhbərlik etdiyi illərdə bu sahəyə çox böyük diqqət və qayğı göstərib. Onun ötən əsrin 70-80-ci illərində keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına göndərdiyi gənclər əldə etdikləri bilik və bacarıq, zəngin mənəvi kapital sayəsində respublikamızın təhsil, incəsənət, mədəniyyət və bir çox digər sahələr üzrə böyük inkişafın əsasını qoyublar. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə qısa vaxtda cəmiyyətdə elm, təhsil və mədəniyyət xadimlərinin rolu yüksəlməyə başlayıb.
Bildirilib ki, müəllim - geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən insandır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.
Digər çıxış edənlər də təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
A.Əsgərov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 oktyabr tarixli Sərəncamı ilə təltif olunmuş müəllimləri təbrik edib, uğurlar arzulayıb.
Tədbirdə iştirak edən təhsil işçilərinə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxGündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20

