Bilik Fondu ana dilinin saflığının qorunması ilə bağlı mühazirələri davam etdirir
11.10.2017 [10:13]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafına təkan göstərən layihələrini davam etdirir. Bununla bağlı Beyləqan şəhəri N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə görüş keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, bu qurumun Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən görüşdə M.Nağısoylu “Ana dilinin saflığının qorunmasında məktəb, ailə və cəmiyyətin vəzifələri” mövzusunda mühazirə oxuyub. Akademik Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq Fərmanını xatırladıb, ana dilinin saflığının qorunması istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu işlərdən söz açıb. Ana dilinin qorunmasında ictimaiyyətin rolunun böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Məktəbin direktoru, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova Bilik Fondunun maarifləndirici layihələrindən danışıb.
Çıxış edənlər dilimizin incəliyinə xələl gətirən nöqsanların aradan qaldırılması üçün məktəb, ailə və cəmiyyətin birliyinə böyük ehtiyac olduğunu bildiriblər.
Növbəti görüş oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində olub. Görüşdə AMEA Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova “Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər” mövzusunda mühazirə oxuyub.
S.Sadıqova “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun dilimizin dövlət dili kimi hüquqi statusunu nizamladığını diqqətə çatdırıb, hər bir vətəndaşın bu hüquqa ciddi əməl etməyə, dilin tələblərini yerinə yetirməyə borclu olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21

