“Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir”
28.10.2017 [00:19]
Bunu BSU-da qonaq olan xarici jurnalistlər deyib
Azərbaycan Respublikasının Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, beynəlxalq jurnalist Peter Tasse və uzun illər Misir Ərəb Respublikasındakı Azərbaycan səfirliyində çalışmış, məşhur diplomat-jurnalist Sameh Əbdülvəhab Məşad Bakı Slavyan Universitetində (BSU) olublar. Bu barədə BSU-nun mətbuat xidmətindən məlumat verilib. Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək Azərbaycanın iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olması və ölkəmizdə hazırda həyata keçirilən quruculuq işləri barədə onlara məlumat verib. N.Əliyeva beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun günbəgün artdığını, Azərbaycanın imicinə zərbə vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq, beynəlxalq institut və təşkilatların reytinq cədvəllərində yuxarı pillələrdə dayandığını vurğulayıb. Rektor daha sonra qonaqlara universitetin tarixi, bugünkü vəziyyəti, gələcək planları barədə məlumat verib. O, təhsil sahəsində Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü prinsiplərin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. N.Əliyeva, Bakı Slavyan Universitetinin postsovet məkanı ilə yanaşı, Şərqi Avropanın əksər ölkələri ilə çox sıx əlaqələrə malik olduğunu, universitetin hər il dünyanın müxtəlif ali təhsil ocaqları ilə tələbə-müəllim mübadiləsini gerçəkləşdirdiyini vurğulayıb. N.Əliyeva tanınmış diplomat və beynəlxalq səviyyəli jurnalistlərin BSU-ya gəlişini də universitetin artan nüfuzuna bir nümunə kimi göstərib.
Sonra söz alan amerikalı qonaq Peter Tasse Azərbaycanın yüksəlişinin sadəcə bir söz olmadığını, bunu son bir neçə il ərzində öz gözləri ilə gördüyünü deyib. “Mən neçə ildir Bakıya gəlib-gedirəm, şəhər gözümün önündə dəyişir, Bakını bu gün dünyanın ən müasir meqapolisləri ilə müqayisə etmək olar”.
Tanınmış jurnalist ölkədə işsizliyin 65 faizdən 5 faizə düşdüyünə diqqəti yönəldərək bunu ölkə Prezidentinin uğurlu addımı kimi dəyərləndirib. O, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhu, dövlətə inamı ilə əlaqələndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan amerikalı siyasətçi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib. O, Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və Ermənistanın işğalçı siyasətinin sonda onun özü üçün ağır nəticələr verəcəyini qeyd edib. Peter Tasse bu günə qədər öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və gələcəkdə də bu mövqeyi qoruyacağını bildirib.
Sonra çıxış edən misirli diplomat və jurnalist Sameh Əbdülvəhab Məşad uzun müddət Misirdəki Azərbaycan səfirliyində çalışdığını və daim Azərbaycana xüsusi məhəbbət bəslədiyini bildirib. Qonaq bütün yazılarında Azərbaycanın mövqeyini müdafiə etdiyini və buna görə daim ermənilərin təzyiqinə tuş gəldiyini qeyd edib. Bir erməni diplomatının vaxtilə onun haqqında böyük bir məqalə yazaraq onu Azərbaycana nökərçilikdə ittiham etdiyini diqqətə çatdırıb. “Amma mən ona cavabımda Azərbaycanın deyil, haqqın, ədalətin yanında olduğumu bildirdim”, - deyə misirli jurnalist vurğulayıb. Daha sonra Sameh Əbdülvəhab Məşad ingilis və ərəb dilində qələmə aldığı “Azərbaycan ensiklopediyası”, “Ermənistan-Azərbaycan konflikti” adlı kitablarını universitetə hədiyyə edib. Müəllif bu kitablarda erməni yalanlarını ifşa etdiyini, onların Azərbaycanı zorla ədalətsiz münaqişəyə sövq etdiklərini diqqətə çatdırıb. O, hər bir vicdanlı adamı Azərbaycanın mövqeyini müdafiə etməyə çağırıb.
Sonra qonaqlar universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri qarşısında çıxış ediblər. Sameh Məşad rəhbərlik etdiyi “Orbit” informasiya şirkətinin fəaliyyəti barədə gənclərə məlumat verib. O, şirkətin ingilis və ərəb dillərində jurnallarının nəşr edildiyini, elektron versiyalara malik olduğunu bildirib.
Yeri gəlmişkən, Sameh Məşad adıçəkilən şirkətin Bakı Slavyan Universiteti ilə müqavilə bağlamağa hazırlaşdığını və həmin müqavilədən sonra şirkətin materiallarını həm də rusca yayımlayacağını bildirib. BSU “Orbit”in rus variantına məsul olacaq. Sameh Məşad üzünü gənclərə tutaraq onları “Orbit”in resurslarından istifadə etməklə Azərbaycanın haqq səsini dünyaya yaymağa çağırıb.
Sonda onu da bildirək ki, Peter Tasse və Sameh Məşad noyabr və dekabr aylarında Bakı Slavyan Universitetinin tələbələri qarşısında silsilə mühazirələr oxuyacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

