Sabunçu rayonunda Konstitusiya Gününə həsr olunmuş olimpiadanın qalibləri mükafatlandırılıb
11.11.2017 [02:00]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakının Sabunçu rayonunda 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları, rayon rəhbərliyinin nümayəndələri, təhsil müəssisələrinin müəllim və şagird kollektivləri iştirak ediblər.
İştirakçılar əvvəlcə məktəbdəki “Heydər Əliyev dünyası” kabinetində yaradılan şəraitlə tanış olub, Ulu öndərin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə təhsil sahəsinə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotoşəkillərə, eləcə də şagirdlərin əl işlərinə baxıblar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov çıxış edərək müasir müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar ötən müddətdə Konstitusiyamıza edilən əlavə və dəyişikliklər Əsas Qanunu daha da təkmilləşdirib. O, hüquq olimpiadasının Sabunçu rayonunda təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.
Konstitusiya Məhkəməsi Aparatının konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müraciətini iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycan Respublikası Konstitusiyasının tarixi, onun Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanması və ictimai müzakirəyə çıxarılması prosesi barədə məlumat verən D.Məmmədova vurğulayıb ki, müstəqil dövlətimizin ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.
Qeyd olunub ki, Konstitusiyanın aliliyini təmin edən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəlməsinə, hüquqi dövlət quruculuğunda fəal iştiraklarına, konstitusiya nəzarətinin mahiyyətini, əsaslarını və prinsiplərini daha da dərindən öyrənmələrinə daim diqqət yetirir. Bu məqsədlə Konstitusiya Məhkəməsi 12 noyabr - Konstitusiya Günü və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi istiqamətində mütəmadi olaraq əhəmiyyətli tədbirlər görür. Konstitusiya Günü münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində ali və orta təhsil müəssisələrinin tələbələri arasında hüquq olimpiadaları təşkil edilir. Bu olimpiadaların əsas məqsədi gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsaslarının və mahiyyətinin daha dərindən öyrənilməsidir. İndiyədək Bakı, Gəncə və Sumqayıt şəhərlərində, Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Astara, Masallı, Lerik, Quba, Xaçmaz, Şabran və Qusar rayonlarında olimpiadalar keçirilib.
Hüquq olimpiadasının nəticələrini elan edən D.Məmmədova bildirib ki, builki olimpiadada Bakının Sabunçu rayonunda fəaliyyət göstərən 46 ümumtəhsil müəssisəsinin hər birindən 20 nəfər olmaqla minə yaxın X və XI sinif şagirdləri iştirak ediblər. Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Olimpiadanın nəticələrinə əsasən Zabrat qəsəbəsi 192 nömrəli tam orta məktəb birinci yerə layiq görülüb. Bakıxanov qəsəbəsindəki 72 nömrəli tam orta məktəbin şagirdləri ikinci, Ramana qəsəbəsindəki 90 nömrəli tam orta məktəbin təmsilçiləri isə üçüncü olublar.
Tədbirin sonunda olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14

