Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Saatlı məktəblisi: Bu tur-aksiyada maariflənməklə yanaşı, yeni dostlar qazanır və mənalı istirahət edirik

Saatlı məktəblisi: Bu tur-aksiyada maariflənməklə yanaşı, yeni dostlar qazanır və mənalı istirahət edirik

14.11.2017 [10:22]

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Saatlı rayonundan qoşulmuşam. Bu ekskursiya şəxsən mənim həyatımda çox böyük hadisədir və tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yaddaşımdan silinməyəcək. Bu tur-aksiya ilə biz ölkəmizin bölgələri ilə yaxından tanış olmaq üçün çox gözəl fürsət əldə etmişik. Mən bu tur-aksiyada maariflənməklə yanaşı, yeni dostlar qazanır və mənalı istirahət edirəm”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Saatlı rayonu Əlisoltanlı kənd orta məktəbinin IX sinif şagirdi Günel Abdullayeva deyib. Aksiya zamanı çox gözəl istirahət etdiyini vurğulayan G.Abdullayeva bildirib: “Qəbələ məndə xoş təəssürat oyatdı. Biz burada keçirilən yaşıllaşdırma aksiyasında fəal iştirak etdik, rayonun keçmişi və bu günü barədə zəngin məlumat aldıq”.
Bu tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərdiyini vurğulayan Günel Abdullayeva onlara belə şərait yaratdığına görə şagird dostları adından dövlətimizin başçısına minnətdarlığını ifadə edib. “Cənab Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə biz məktəblilərə Azərbaycanın bölgələri ilə yaxından tanış olmaq fürsəti yaradıb. Bu baxımdan, bu layihənin əhəmiyyəti olduqca böyükdür”, - deyə Saatlı məktəblisi vurğulayıb.

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31