Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib
25.11.2017 [00:27]
Noyabrın 24-də Konstitusiya Məhkəməsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsinə səfər edib.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Füzuli və Cəbrayıl rayonlarının rəhbərliyi ilə birgə Horadiz şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Sonra “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib.
Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib. Qonaqlar sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə həmsöhbət olublar.
Məhkəmənin hakimi Ceyhun Qaracayev işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün böyük qürur hissi keçirdiyini qeyd edərək, burada yaşamağın, işləməyin böyük fədakarlıq, vətənpərvərlik nümunəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib. C.Qaracayev işğal altındakı bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına əminliyini ifadə edib.
Konstitusiya Məhkəməsi sədrinin məktəbin kollektivinə ünvanlanmış məktubu oxunub.
Məhkəmənin aparat rəhbərinin müavini Səbinə Əliyeva dövlətimiz tərəfindən məktəbdə hər cür şərait yaradıldığını, təhsil ocağının bütün zəruri avadanlıqlarla təmin olunduğunu, bununla belə, Konstitusiya Məhkəməsi kollektivi adından da hədiyyələr gətirildiyini bildirib.
Sonra təhsil ocağına hədiyyələr təqdim olunub.
Məktəbin direktoru Zamin Həziyev qəsəbəyə gəldiklərinə, sakinlərə mənəvi dəstək olduqlarına görə Konstitusiya Məhkəməsinin kollektivinə minnətdarlığını ifadə edib.
Qonaqlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, şəhidlərin ruhuna dua oxuyublar.
Məscid haqqında məlumat verən axund Elman Piriyev Cəbrayıl torpağında belə bir məscidin inşa olunmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. “İşğaldan azad olunmuş Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarının tikilməsi o deməkdir ki, biz işğal altındakı bütün torpaqlarımızı, o cümlədən Şuşa şəhərini azad edəcəyik, Qarabağdakı bütün abidə və ibadət yerlərimiz bərpa olunacaq”, - deyə axund vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Əlizadə Nəcəfov və Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı qəsəbəsinin yenidən qurulmasını və sakinlərin 24 ildən sonra doğma yurdlarına qayıtmasını Böyük Qayıdışın başlanğıcı olduğunu diqqətə çatdırıb, bütün məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdacaqlarına əminliklərini bildiriblər.
Konstitusiya Məhkəməsinin kollektivi sonra qəsəbədə aparılan quruculuq işləri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

