Bakıda “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib
01.12.2017 [10:31]
Noyabrın 30-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək mövzunun əhəmiyyətindən danışıb, gənclər və dini icmalar arasındakı qarşılıqlı əlaqələrin və bu məsələdə gənclərin rolunun önəmini bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizmə qarşı mübarizədə müxtəlif qurumlarla, o cümlədən gənclər təşkilatları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Mübariz Qurbanlı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə müxtəlif xarakterli tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, dini xurafat, dini radikalizm və ekstremizmə qarşı mübarizədə təbliğat işi daha yüksək səviyyəyə qaldırılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi və Dövlət Komitəsi müxtəlif dövlət qurumları ilə birlikdə bu sahədə geniş proqram həyata keçirir.
Azərbaycanda din amilindən istifadə edərək hər hansı formada qarşıdurma yaratmaq və yaxud ictimai-siyasi sabitliyi pozmağa cəhd etməyin mümkün olmadığını bildirən Dövlət Komitəsinin sədri Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, sovet dönəmində ölkəmizdə 17 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda 2000-dən artıq ibadət məkanı fəaliyyət göstərir. Republikamızda 750-dən çox icma var ki, bunun da 28-ni qeyri-İslam icması təşkil edir. Azərbaycanda müxtəlif dini konfessiyalar sərbəst və azad şəkildə dini ayinlərini icra edirlər.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edildiyini bildirən Mübariz Qurbanlı bunu Azərbaycan Prezidentinin dinimizə və mənəvi dəyərlərimizə diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi altı il ərzində respublikamızın müxtəlif bölgələrində 4 minə yaxın layihəni maliyyələşdirdiyini vurğulayıb. F.Hacıyev onların arasında dini dözümlülük, tolerantlıq və dini maarifləndirmə ilə bağlı layihələrin də olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, respublikamızda beynəlxalq forumların keçirilməsi dünyada Azərbaycanın rolunu, ölkəmizə olan hörməti və inamı gündən-günə artırır.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxışında bildirib ki, dünyada baş verən münaqişələrin fonunda Azərbaycan dövlətinin dini konfessiyalara münasibəti olduqca təqdirəlayiqdir. Prezident İlham Əliyev tərəfindən elan edilən “İslam Həmrəyliyi İli”nin sülhə xidmət etmək baxımından başlanğıc olduğunu vurğulayan Fəttah Heydərov Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sərbəst və sülh şəraitində yaşadıqlarını bildirib. Deputat, eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Prezident yanında Gənclər Fondunun həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva qeyd edib ki, dünyada gedən proseslər, baş verən münaqişələr, terrorizm və dini ekstremizm halları gənclərə də təsir göstərir. Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü diqqətə çatdıran deputat ölkəmizdə multikulturalizmin həyat tərzinə çevrildiyini bildirib.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, “Asan Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Bəxtiyar İslamov və digərləri çıxışlarında Azərbaycanda multikultural mühitin inkişafında və təbliğində belə tədbirlərin əhəmiyyətini qeyd ediblər.
Konfransda mövzu ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
Tədbir çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gənclər Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

