/ / Pilot ərazilərdə hipertoniya, xolesterin və sağlam qidalanmaya həsr olunan sağlamlıq həftələri başa çatıb
Pilot ərazilərdə hipertoniya, xolesterin və sağlam qidalanmaya həsr olunan sağlamlıq həftələri başa çatıb
09.12.2017 [00:44]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda noyabrın 13-26-da hipertoniya və sağlam qidalanmaya, noyabrın 20-dən dekabrın 3-dək isə xolesterin və sağlam qidalanmaya həsr olunan sağlamlıq həftələri təşkil edib. Sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.
Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Hipertoniya və sağlam qidalanmaya həsr olunan sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 2 804 nəfər tibbi müayinələrdən keçib və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. Bu həftələr müddətində 425 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.
Müraciət edən vətəndaşların 81 nəfəri 0-15 yaş, 194 nəfəri 16-25 yaş, 338 nəfəri 26-35 yaş, 402 nəfəri 36-45 yaş, 652 nəfəri 46-55 yaş, 1004 nəfəri 56-70 yaş arasında, 133 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Bu həftələrdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 809 nəfər son 1 ay, 734 nəfər son 3 ay, 439 nəfər son 6 ay, 391 nəfəri son 1 il, 171 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 104 nəfər təşkil edib. 156 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunub. Belə ki, ümumi müraciət etmiş 2804 nəfərdən 1982-si son 6 ay ərzində müayinələrdən keçib.
Müraciət edən 2804 nəfərdən 984 nəfərin hipertoniya xəstəsi olduğu müəyyən edilib, 226 nəfərdə isə hipertoniya xəstəliyi ilkin aşkarlanıb. Onların müvafiq müalicəyə başlanması təmin edilib.
Xolesterinin profilaktikası və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 2674 nəfər tibbi müayinələrdən keçib və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. Bu həftələr müddətində 370 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.
Müraciət edən vətəndaşların 170 nəfəri 0-15 yaş, 236 nəfəri 16-25 yaş, 335 nəfəri 26-35 yaş, 406 nəfəri 36-45 yaş, 469 nəfəri 46-55 yaş, 924 nəfəri 56-70 yaş arasında, 134 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Bu həftələrdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 1384 nəfər son 1 ay, 594 nəfər son 3 ay, 193 nəfər son 6 ay, 205 nəfəri son 1 il, 161 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 36 nəfər təşkil edib. 101 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Ümumi müraciət edən 2674 nəfərdən 2171-i son 6 ay ərzində müayinələrdən keçib.
2674 nəfərdən 383 nəfərində qanda xolesterinin miqdarının yüksək olduğu (hiperxolesterinemiya) müəyyən edilib və müvafiq müalicəyə başlanması təmin edilib. 35 nəfərdə xolesistit (öd kisəsinin iltihabı), hepatosteatoz (qaraciyər piylənməsi), meteorizm (köp) əlamətləri müşahidə edilib və müvafiq tövsiyələr verilib.
Hər iki sağlamlıq həftələri çərçivəsində pilot ərazilərin sakinlərinə hipertoniyanın və xolesterinin profilaktikası və sağlam həyat tərzinə dair tövsiyələr verilib. Həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə hazırlanan “Təzyiq altında həyat”, “Xolesterin haqqında nəyi bilməliyik?” və “Sağlam qidalanaraq sağlam yaşayın!” bukletləri paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

