TEDxUNEC-in spikerləri uğura aparan yolu açıqladılar: “Bilik və təhsil”
16.12.2017 [00:52]
Dekabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib.
“Çərçivədən kənar” mövzusuna həsr olunan konfransın ilk spikeri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı olub. “Təhsilin gələcəyi - gələcəyin təhsili” mövzusunda çıxış edən professor bəşəriyyətin gələcəyi elmdədir, deyə bildirib. Kitabla rəqabət aparan informasiya daşıyıcılarının çoxluğuna diqqət çəkən H.İsaxanlı əsas bilik ötürücülərini informasiya kommunukasiya alətləri, ailə və universitet kimi təsnifatlandırıb. O, bu vasitələrin hər üçündən maksimum yararlanmağı tövsiyə edib: “Gələcəyimiz bu gün gördüyümüz işlərin davamıdır. Yaxşı təhsil daha yaxşı gələcək deməkdir!”
TEDxUNEC konfransının ikinci spikeri - Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” mövzusu ilə çıxış edib. Xalq yazıçısı auditoriya qarşısında “XXI əsrdə necə inkişaf etməli?” sualını qoyub. 20-25 ildən sonra bugünkü peşələrin 30 faizinə ehtiyac olmayacağını diqqətə çatdıran Ç.Abdullayev bütün dövrlərin tələblərinə cavab verməyin yeganə yolunu kitabda, elmdə, bilikdə gördüyünü bildirib. Xalqın hərtərəfli inkişafını mütaliədə görən natiq qızların təhsildən yayındırılmasına da diqqət çəkib: “Cəmiyyətin əsasını qadınlar təşkil edirlər. Qızları təhsildən yayındırmaq birbaşa millətə və gələcəyə zərbədir!”
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Əməkdar həkim, tibb elmləri doktoru Kamran Musayevin “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışı da auditoriyanın xüsusi marağına səbəb olub. Öz uğur hekayəsindən söz açan tanınmış kardiocərrah arzularının arxasınca ucqar dağ kəndindən yola çıxan gəncin yaşadığı çətinliklərə baxmayaraq, əzm və iradə ilə çalışdığını nümunə çəkib. O, gənclərə uğur əldə etmək üçün anadan olduqları yerin, yaşadıqları şərtlərin və aldıqları təhsilin vacib amil olmadığını vurğulayıb: “Önəmli olan xəyallarınıza inanın və onları reallığa çevirmək üçün arxasınca gedin. Məqsədə çatmaq üçün əzmkarlıqla çalışın. Dayanmayın, daim inkişaf edin. Bu keyfiyyətləriniz olduğu müddətdə uğur qaçılmazdır!”
Bildirək ki, UNEC konfransın təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb.
TEDx haqqında: Dünyanın alim, ictimai xadim, biznes nümayəndələri və digər peşə sahiblərini 33 ildən artıqdır ki, bir platformada toplayan TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. TED təşkilatının lokal cəmiyyətlərdə təbliğinə şərait yaradan TEDx proqramı “Bölüşməyə dəyər fikirlər” (Ideas worth spreading) devizi ilə 2009-cu ildən etibarən bütün dünyada təbliğ olunur. İndiyədək yüzlərlə şəhər və universitetlərdə müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər durmadan artır.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45

