/ / Qubadlı rayon İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirib
Qubadlı rayon İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirib
30.12.2017 [01:09]
Dekabrın 29-da Qubadlı rayon İcra Hakimiyyətinin və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə, həmçinin “Bərgüşad” qəzetinin 80 illiyi də qeyd edilib.
İctimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Qubadlı sakinlərini əlamətdar bayramlar münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Bildirib ki, 2017-ci il Azərbaycanın tarixinə uğurlu illərdən biri kimi yazılıb. Bu il respublikamızın regional və beynəlxalq nüfuzu daha da artıb, xalqımızın sosial rifah halı yüksəlib.
Malik İsaqov qeyd edib ki, məcburi köçkünlərə göstərilən dövlət qayğısının təzahürü olaraq, Sumqayıtda, Bakıda, Masazırda, Ramanada yeni şəhərciklərin salınması layihələri həyata keçirilməkdədir.
“Bu ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının “Qubadlı” adlı yeni təchizat gəmisi istismara verildi. Oktyabrın 5-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ramana qəsəbəsində müasir tələblərə cavab verən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi açıldı. Bu il məktəbi bitirən 491 məzundan 419-u ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri də uğurlu və ürəkaçandır. İl ərzində Qubadlıda 205 yeni iş yeri açılıb. Ümumiyyətlə, son 14 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3758-ə çatdırılıb”, - deyə rayon İcra Hakimiyyətinin başçısı bildirib.
Tədbirdə çıxış edən qubadlılılar öz əzəli və əbədi torpaqlarına mütləq qayıdacaqlarına əminlik ifadə edib və o günün uzaqda olmadığını vurğulayıblar.
Bayram tədbirində bir qrup idmançıya əldə etdikləri uğurlara görə fəxri fərman və qiymətli hədiyyələr verilib.
Tədbir incəsənət ustalarının ifasında bayram konserti ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

