Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

03.02.2018 [01:06]

Respublikamızın hər yerində olduğu kimi, Tərtərdə də 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov və başqaları çıxış edərək, gəncləri bayram münasibəti ilə təbrik edib, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri uğurlardan danışıblar. Bildirilib ki, rayonda Gənclər Mərkəzinin, Uşaq-Gənclər Şahmat Məktəbinin, süni örtüklü idman meydançalarının tikilib istifadəyə verilməsi, park və istirahət guşələrinin yaradılması gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, sağlam, hərtərəfli inkişaf etmələrinə xidmət edir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərman və qiymətli hədiyyələr verilib.
Tədbir konsert proqramı ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31