“Azərbaycan dövləti AHİK-in daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradır”
06.02.2018 [10:05]
AHİK ilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası arasında sıx əlaqələr mövcuddur
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) arasında sıx əlaqələr mövcuddur. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin BHİK-in prezidenti Joao Felisio ilə görüşündə səsləndirilib.
Görüşdə S.Möhbalıyev AHİK-in yaranma tarixindən, fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Bildirilib ki, Konfederasiyanın nəzdində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası fəaliyyət göstərir. Burada 500-dək tələbə təhsil alır. AHİK tərəfindən, həmçinin tələbələrə də müxtəlif yardımlar göstərilir.
Qeyd olunub ki, AHİK-in nəzdində fəaliyyət göstərən müxtəlif sanatoriyalarda və istirahət mərkəzlərində əhalinin istirahətinin təşkil olunması üçün hər cür şərait yaradılır. Belə ki, işçilər 15 faiz ödəniş etməklə belə sanatoriya və müalicə mərkəzlərinin xidmətlərindən yararlanırlar. Bəzən bu 15 faiz ödəniş də işəgötürən tərəfindən ödənilir.
Səttar Möhbalıyev qeyd edib ki, Azərbaycan dövləti AHİK-in daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradır. Hər il dövlət büdcəsindən bu məqsədlə maliyyə vəsaiti ayrılır. Bütün dünyada hökumətin həmkarlar təşkilatlarını sıxışdırdığı bir vaxtda ölkəmizdə bu hal təqdirəlayiqdir.
AHİK sədri deyib ki, hazırda Azərbaycanda yaşayan immiqrantların özlərinin həmkarlar təşkilatının yaradılması məsələsi üzərində iş gedir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Səttar Möhbalıyev bildirib ki, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu münaqişə nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşüb. Onlar bu yaxınlaradək vaqonlarda, çadırlarda yaşayırdılar. Lakin Azərbaycan dövləti öz vətəndaşlarını bu ağır durumdan çıxarmağı bacardı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu işə öz töhfəsini vermək üçün əlindən gələni edir.
Bakıda olmaqdan məmnunluğunu bildirən Joao Felisio Azərbaycanın son zamanlar daha da inkişaf etdiyini, çiçəkləndiyini vurğulayıb. O, bütün dünyada həmkarlar ittifaqlarının sıxışdırılması fonunda Azərbaycanda AHİK-in fəaliyyətinə dövlət səviyyəsində dəstəyin verilməsini mütərəqqi hal kimi dəyərləndirib.
Sonra qonaqlara xatirə hədiyyəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58

