Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Balakənli fermer ailəsi ötən il tütünçülükdən 17 min manat gəlir əldə edib

Balakənli fermer ailəsi ötən il tütünçülükdən 17 min manat gəlir əldə edib

07.02.2018 [10:06]

Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması balakənli fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub.
Rayonun Kortala kəndindən olan fermer, ikinci qrup Qarabağ müharibəsi əlili Ramazan Xənmədov uzun illərdir ki, heyvandarlıq və əkinçiliklə məşğul olur. Dövlətin tütünçülüyə dəstəyindən ruhlanan fermer keçən il ilk dəfə 12 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib.
Tütünçülüyün çox gəlirli sahə olduğunu bildirən Ramazan Xənmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Keçən il sahələrdən 180 ton yaşıl tütün kütləsi tədarük etdik. Bütün xərcləri çıxdıqdan sonra ailəmiz ötən il tütün istehsalından 17 min manat gəlir əldə edib. Bu, ailəmiz üçün çox yaxşı nəticədir. Tütünün alış qiyməti biz fermerləri tam qane edir. Ötən il təsərrüfatımızda 35 nəfər mövsümi işlərə cəlb olunub. Bu il tütün əkini sahələrini daha da artıraraq 20 hektara çatdırmağı düşünürük. Ümid edirik ki, bu il məhsulumuz daha da bol olacaq, ailəmizin gəlirləri artacaq”.
İstehsalçı bildirib ki, ötən il balakənli fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün Zaqatala rayonunda yerləşən emal məntəqəsinə təhvil veriblər. Bu isə əlavə vaxt itkisinə, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. “Eşitdik ki, bu il Balakən rayonunda da tütünqurutma kameraları quraşdırılacaq. Bu, biz fermerlərin ürəyincədir. Artıq yetişdirdiyimiz yaşıl tütünü qurutmaq üçün qonşu rayonlara aparmaq məcburiyyətində qalmayacağıq. Tütün istehsalçılarına göstərilən bu qayğıya görə dövlətimizin başçısına minnətdarıq”, - deyə Ramazan Xənmədov bildirib.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31