Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Cənab Prezident tərəfindən mükafatlandırılmaq mənim və ailəm üçün qürurverici haldır”

“Cənab Prezident tərəfindən mükafatlandırılmaq mənim və ailəm üçün qürurverici haldır”

10.02.2018 [00:55]

Gülnar Əlfidatlı: Prezident mükafatından sonra həyata daha çox bağlandım, insanlara və insanlığa güvənim artdı
Məlum olduğu kimi, ölkəmizdə səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti həyata keçirilir. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində işlər görülür. O cümlədən hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal rol oynayır, təhsil, mədəniyyət, idman və digər sahələrdə parlaq nailiyyətləri ilə Azərbaycanı dünyada uğurla təmsil edirlər. Bir sözlə, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
Yeri gəlmişkən onu da xatırladaq ki, məhz Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1997-ci ildən etibarən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Qeyd edək ki, bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Beləliklə, Azərbaycanda gəncliyin inkişafına xüsusi diqqət və qayğı göstərilir, gənclərin fəaliyyəti yüksək qiymətləndirilir. Ənənəvi olaraq hər il Gənclər Günü ərəfəsində keçirilən tədbirlərdə fəal gəncliyin nümayəndələri mükafatlandırılır, o cümlədən öz uğurları ilə xüsusi olaraq fərqlənən gənclərə Prezident mükafatı təqdim olunur. Elə bu il də ənənəyə sadiq qalınıb və fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə mərasim keçirilib. “Buta Palas”da baş tutan mərasimdə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 2 fevral tarixli Sərəncamı ilə bir qrup gəncə Prezident mükafatları təqdim olunub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən mükafatçılardan biri də “ƏSA” teatrının aktrisası Gülnar Teyyub qızı Əlfidatlıdır.
Məlumat üçün bildirək ki, anadangəlmə fiziki məhdudiyyətli olan G.Əlfidatlı Azərbaycanın, eləcə də Böyük Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk və tək inklüziv “ƏSA” teatrında göstərdiyi fəaliyyətinə görə bu mükafata layiq görülüb. Gülnar burada 2017-ci ilin mart ayından etibarən mədəniyyət sahəsində ilk addımlarını atmağa başlayıb. Redaksiyamızın qonağı olan Gülnar öz təəssüratlarını oxucularımızla bölüşüb: “ƏSA-ya gələndən sonra həyatım çox dəyişdi. Burada olduğum üçün və bu teatrın heyətini tanıdığım üçün çox xoşbəxtəm. Yaxşı ki, ƏSA-nı tanıdım. Çox şanslıyam ki, bu teatr qapılarını mənim də üzümə açdı. Prezident mükafatından sonra həyata daha çox bağlandım, insanlara və insanlığa güvənim artdı. Əslində, mükafat alacağımı gözləmirdim. Mərasimə, sadəcə, qonaq qismində dəvət olunduğumu düşünürdüm. Lakin mükafatçılar sırasında adımı eşitmək mənim üçün çox böyük sürpriz oldu. Xüsusilə də cənab Prezident tərəfindən mükafatlandırılmaq mənim və ailəm üçün qürurverici haldır. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum”.
Gənc aktrisa bizimlə söhbətində dövlət siyasətinin icrası istiqamətində görülən işlərdən məmnun qaldığını bildirərək, gənc nəslə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlığını ifadə edib. O, bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildirib.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31