/ / 9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar keçirilir
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar keçirilir
20.02.2018 [10:04]
Fevralın 19-da 9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslara başlanılıb.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursların ilk günündə 50 nəfər iştirak edib. Kursları dairə seçki komissiyasının sədri Həsən Bayramov açaraq deyib ki, Azərbaycan Respublikasının müstəqil dövlət quruculuğu prosesinin ictimai həyatımıza gətirdiyi bir çox mühüm yeniliklərdən biri də mükəmməl seçki sisteminin formalaşmasıdır. Respublikada peşəkarlığı ilə seçilən institusional seçki qurumu formalaşıb, mükəmməl hüquqi-normativ baza yaradılıb, peşəkar beynəlxalq seçki təşkilatları ilə qarşılıqlı əməkdaşlıq sayəsində nümunəvi seçki prosesinin təmin edilməsi baxımından zəngin təcrübə əldə edilib. Mərkəzi Seçki Komissiyasının təqvim planına əsasən prezident seçkilərinin yüksək səviyyədə təşkili üçün seçki kampaniyasına start verib. Bu məqsədlə dairə seçki komissiyalarının sədrləri üçün seminarlar, kurslar təşkil edilib.
Kursların birinci günündə Binəqədi Rayon Polis İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Elman Seyidov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu”, Binəqədi Rayon Məhkəməsinin hakimi Abas Rzayevin “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzularında məruzələri dinlənilib.
Çıxışlarda bildirilib ki, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla ilboyu fasiləsiz işlənilir, yenilənir, seçki komissiyaları tərəfindən ictimailəşdirilir. Binəqədi rayonundakı seçki məntəqələrində hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır.
Qeyd edilib ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Artıq Binəqədi rayonu üzrə seçkilərə hazırlıqla bağlı işlərə başlanılıb. Aparılan hazırlıq işləri deməyə əsas verir ki, seçkilər yüksək səviyyədə keçiriləcək. Məntəqələrin maddi-texniki təchizatında heç bir problem yoxdur.
İxtisaslaşdırılmış kurslarda seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən danışılıb. Bildirilib ki, qanunvericiliyə əsasən seçki günü məntəqələrdə görülən işlərin, səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

