/ / Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər
Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər
20.02.2018 [10:17]
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb
“Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar fevralın 18-də Bakıda ziyafət təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənov tədbirdə çıxış edərək deyib ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu məktəblər “Azərbaycan multikulturalizmi” fənninin xaricdəki universitetlərdə tədrisi ilə bağlı layihənin davamı kimi nəzərdə tutulub.
R.Həsənov layihənin həyata keçirilməsində dəstəyinə görə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfova təşəkkürünü bildirib. Vurğulayıb ki, layihə iştirakçıları Bakı şəhəri ilə yanaşı, İsmayıllı, Qəbələ, Şamaxıya səfər edib, etnik, milli icmaların, dini konfessiyaların rəhbərləri ilə görüşüblər. Onlar Azərbaycanın qədim tarixi, mədəniyyəti, incəsənəti barədə dolğun məlumat əldə edib, ölkəmizdə multikultural mühitlə yaxından tanış olublar. Layihə iştirakçıları, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Qafqaz Müsəlmanları İdarəsində olub, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşüblər.
BBMM-in icraçı direktor əvəzi layihə iştirakçılarının öz vətənlərinə qayıdandan sonra Azərbaycanın multikulturalizm modelini və ölkəmizlə bağlı həqiqətləri təbliğ edəcəklərinə əminliyini bildirib. Qeyd edib ki, Qış və Yay məktəblərinin iştirakçılarının üzv olduqları Azərbaycanın Gənc Dostları Klubu fəaliyyət göstərir. Klubun 300-dən çox üzvü var.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bir sıra uğurlu layihələr həyata keçirir. Bu layihələrdən biri də Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. Bu məktəblərin keçirilməsində əsas məqsəd layihə iştirakçılarını Azərbaycanın nailiyyətləri ilə tanış etmək, multikulturalizm sahəsində qazanılan uğurları və təcrübəni bölüşmək, həmçinin “Azərbaycan multikulturalizmi” fənnini uğurla başa vuran tələbələrə ölkəmizin reallıqlarını göstərməkdir.
Şöbə müdiri qeyd edib ki, layihə iştirakçıları Azərbaycanda etnik, dini müxtəlifliyin multikulturalizm siyasəti əsasında tənzimlənməsinin, etnik zəmində heç bir qarşıdurmanın baş verməməsinin, müxtəlif xalqların və dinlərin nümayəndələri arasında əmin-amanlığın, harmoniyanın mövcudluğunun şahidi olublar. E.Nəcəfov layihə iştirakçılarının ölkəmizdə gördüklərini öz vətənlərində təbliğ edəcəklərinə, Azərbaycanın onlara göstərdiyi etimadı layiqincə doğruldacaqlarına ümidvar olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Azərbaycan Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxışlarında multikulturalizmin Azərbaycanda həyat tərzi, dövlət siyasəti olduğunu qeyd ediblər. Bildiriblər ki, ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın nadir daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir. Tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri Azərbaycan multikulturalizmi və ölkəmiz haqqında nəzəri biliklərə malik olan gənclərə öyrəndikləri multikultural və tolerant dəyərləri ölkəmizdə əyani şəkildə görmələrinə imkan yaradıb.
Mərasimdə Qış Məktəbinin iştirakçılarına sertifikatlar, BBMM-in nəşr etdirdiyi kitablar, suvenirlər təqdim olunub.
Sonda Azərbaycanın Gənc Dostları Klubunun üzvləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Bununla da VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb.
Xatırladaq ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 16 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edib.
Artıq ənənəyə çevrilən multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, ölkəmizdə Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirilən hədəflər uğurla reallaşmaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

