Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “ADA” Universiteti magistrant olmaq istəyənləri “Açıq qapı” gününə dəvət edir

“ADA” Universiteti magistrant olmaq istəyənləri “Açıq qapı” gününə dəvət edir

02.03.2018 [09:51]

“ADA” Universiteti magistratura təhsili ilə maraqlananları “Açıq qapı” gününə dəvət edir.
Magistratura imtahanının birinci mərhələsindən uğurla keçən abituriyentlər martın 7-si saat 16:00-da universitetin tədris mərkəzində keçiriləcək “Açıq qapı” gününə qatıla bilərlər.
“ADA” Universitetindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirakçılara bu ali məktəb, akademik proqramlar, pedaqoji heyət, tələbə həyatı, təcrübə imkanları və Karyera Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat veriləcək, qəbul şərtləri izah ediləcək.
Tədbirdə “ADA” Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal, İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun dekanı Elnur Soltanov və Biznes İnstitutunun dekanı Elkin Nurməmmədov çıxış edərək təcrübə və tövsiyələrini bölüşəcək, iştirakçıların suallarını cavablandıracaqlar.
2018-2019-cu tədris ilində “ADA” Universiteti dörd ixtisas üzrə iki illik magistr proqramları təklif edir:
· Diplomatiya və beynəlxalq münasibətlər
· Dövlət idarəetməsi
· Biznesin idarə edilməsi (MBA)
· Təhsil üzrə menecment.
Tədris ingilis dilində aparılır. Dərslər həftədə üç dəfə axşam saatlarında keçirilir.
“ADA” Universitetində keçiriləcək “Açıq qapı” günündə iştirak etmək istəyənlər events@ada.edu.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Girişdə şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31