/ / VI Qlobal Bakı Forumu çərçivəsində “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
VI Qlobal Bakı Forumu çərçivəsində “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
15.03.2018 [10:13]
Martın 14-də VI Qlobal Bakı Forumu çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli dahi şair Nizami Gəncəvinin xalqımızın yetişdirdiyi, dünya ədəbiyyatına böyük töhfə verən qüdrətli simalardan biri olduğunu deyib. Bu dahi söz ustadını Şərqin və Qərbin görkəmli sənətkarları ilə müqayisə edən akademik Nizami Gəncəvini dünya ədəbiyyatının Makedoniyalı İsgəndəri adlandırıb. O deyib: “Makedoniyalı İsgəndər hərbi qüdrəti, gücü ilə, Nizami Gəncəvi isə ədəbi şöhrəti, əsərləri ilə dünyanı fəth edib”.
Akademik diqqətə çatdırıb ki, Nizami Gəncəvinin beş ölməz poeması dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirib. Bu poemalar “Xəmsə” adı altında dünya ədəbiyyatı xəzinəsinə töhfəsini verib. Nizami Gəncəvinin Şərq intibahının zirvəsində dayandığını deyən İ.Həbibbəyli dahi şairin ədəbi məktəb yaratdığını bildirib. Vurğulanıb ki, bu ədəbi məktəb bütün mədəni dünyada yaşayır. Çünki Nizaminin əsərlərindəki ideyalar dünyanı düşündürən ideyalar olub.
Akademik ölkəmizdə Nizami Gəncəvi ilə bağlı bir çox tədqiqatların aparıldığını, onun haqqında əsərlər yazıldığını diqqətə çatdıraraq qeyd edib ki, bu əsərlərdən zəngin bir kitabxana yaratmaq mümkündür. “Nizami XXI əsrdə dünyanı yenə də ədalət, azadlıq, sülhə çağırış idealları uğrunda mübarizəyə səsləyir”, - deyə İ.Həbibbəyli çıxışını yekunlaşdırıb.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli müstəqillik illərində ölkəmizdə nizamişünaslıq sahəsində aparılan tədqiqat işlərindən danışıb. O, dünyada dahi Nizami Gəncəvinin əsərlərinə daim ehtiyac duyulduğunu diqqətə çatdırıb. Bildirilib ki, Nizaminin yaşamasının sirri onun humanizmində, ensiklopedik biliyində, əsərlərindəki multikultural dəyərlərdədir.
Sonra Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva konfrans haqqında məlumat verib.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin Nizami Gəncəvini qeyri-adi şəxsiyyət, fitri istedad sahibi, bir neçə dildə danışa bilən, ensiklopedik biliyə malik bir insan kimi səciyyələndirib. Nizaminin “Divan” yazdığını, lakin dünya ədəbiyyatı tarixinə adını “Xəmsə” ilə həkk etdiyini deyən İ.Seragəldin vurğulayıb ki, bu əsərlər səkkiz əsrdən çoxdur ki, yaşayır və dünyada qəbul edilir. Bunu dünyanın tanınmış tənqidçiləri də təsdiq edir. Nizaminin əsərləri bu gün mədəniyyətlərarası dialoq platforması kimi çıxış edir. Onun əsərlərində qadın təkcə gözəllik predmeti deyil, həm də ağıl sahibi kimi təsvir olunur.
Nizaminin əsərlərindəki ideyaların genişliyindən danışan Kembric Universitetinin təmsilçisi Kristin van Rumbeke hələ tələbəlik illərindən onun əsərlərinə aşiq olduğunu, bu sevginin indi də davam etdiyini deyib. Dahi Nizaminin ədəbi qaynaqlardan və süjetlərdən yaradıcılıqla istifadə etdiyini bildirən K.Rumbeke şairin ideyaları sadə və poetik şəkildə oxucuya çatdırmaq bacarığını xüsusi vurğulayıb. Eyni zamanda, alim Nizaminin geniş dini biliklərə, eləcə də dövrünün elmlərinə sahib olduğunu qeyd edib.
Sonra elmi konfrans işini “Nizami və milli ədəbiyyat-mədəniyyət nəzəriyyələri dəyişən sərhədlər diskursunda”, “Arxetiplər və təkrarlanan mədəniyyətlər”, “Milli kimlik: ortaq keçmiş və onun müasir interpretasiyası”, “Nizami yaradıcılığında konseptlər, obrazlar və dəyərlər: müasir dövrdən keçmişə baxış”, “Nizami irsi orta əsrlər simvolları və regional konseptlər diskursunda”, “Nizami irsi musiqi interpetasiyasında və tətbiqi incəsənətdə” mövzularında panel iclaslarla davam etdirib.
Panel iclaslarda Azərbaycanın və xarici ölkələrin alimlərinin mühazirələri dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

