Optik internet, rəqəmsal TV və mobil rabitə xidmətləri bir “Qutu”da
16.03.2018 [10:00]
“Nar” istifadəçilərin xərclərinə və vaxtına qənaət etmək imkanı verən “Qutu” təklifini yenilədi. “Qutu” özündə ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edən, mobil internet xidmətlərini birləşdirən unikal təklifdir.
22 AZN-dən başlayan yenilənmiş “Qutu” paketlərinə tarifdaxili dəqiqə bonusları əlavə olunaraq ölkədaxili bütün istiqamətlərə zənglər üçün 1000 dəqiqəyədək danışıq, 3 GB-dək mobil internet və sürəti 40 MB-dək olan optik internet təqdim edilir. “Basic” paketinə daxil olan TV kanalların sayı 200-dək artırılmış və 40 HD kanal əlavə edilmişdir. Yeniləşmiş “Qutu” paketlərindən yararlanmaqla istifadəçilər artıq rabitə xərclərinə 70%-dək qənaət edəcəklər.
“Qutu” təklifi hər bir istifadəçiyə ona uyğun olan paketi seçmək imkanı yaradır. Yenilənmiş təkliflərdən yararlanmaq, əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün qutu.nar.az saytına daxil olmaq kifayətdir. Qeyd edək ki, “Qutu” təklifi “Nar” və “CityNet” provayderi tərəfindən təqdim olunur. “Qutu” Azərbaycanın rabitə bazarında optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30

