Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 11 aprel tarixi Heydər Əliyev siyasətinə böyük xalq dəstəyinin növbəti təzahürü olacaq

11 aprel tarixi Heydər Əliyev siyasətinə böyük xalq dəstəyinin növbəti təzahürü olacaq

08.04.2018 [10:09]

Artıq 4-cü ayını yaşadığımız 2018-ci il Azərbaycan xalqı üçün olduqca əlamətdar bir ildir. Belə ki, bu il dövlətçilik tariximizin parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci, xalqımıza böyük firavanlıq, ictimai-siyasi sabitlik və sosial-iqtisadi inkişaf bəxş etmiş Milli Qurtuluş Gününün isə 25-ci ildönümü tamam olur. Həmçinin qarşıda keçirilməsinə artıq sayılı günlər qalmış prezident seçkiləri vardır ki, bu hadisə ölkəmizdə gedən uğurlu inkişaf prosesinin davamını qəlbən dəstəkləyən hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyətə malikdir. Təbii ki, həmin özəllik Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin yenidən qətiyyətli qələbə qazanacağına olan inama əsaslanır. İnanılır ki, xalqın böyük sevgisi və dərin rəğbətindən doğan “İlhamla irəli” şüarı budəfəki seçkilərdə də özünü doğruldacaqdır.
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Əsası Ulu öndər tərəfindən qoyulan iqtisadi inkişaf cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və sürətlə davam etdirilmiş, böyük irəliləyişə nail olunmuşdur. Belə ki, İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildən ötən 14 il ərzində ölkədə iqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artmışdır. Bundan əlavə, sənaye sahəsində 2,6, kənd təsərrüfatında 1,7, qeyri-neft ixracında isə 4,1 dəfə artımın olduğu qeydə alınmışdır. Həmçinin valyuta ehtiyatlarımız 23 dəfə artaraq, 42 milyard dollara çatdırılmışdır. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin məhz 93 faizi (231 milyard dollar) son 14 ilə aiddir.
Əlbəttə, bu ürəkaçan iqtisadi mənzərə Azərbaycanda çoxşaxəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadiyyatın diversifikasiyası, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin gücləndirilməsi və digər məqsədyönlü kompleks tədbirlərin görülməsi nəticəsində yaranmışdır.
Sosial siyasət Azərbaycan hökumətinin fəaliyyətinin prioritetidir
14 il ərzində Azərbaycan Respublikasında 1,9 milyon iş yeri yaradılmışdır ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Bu isə işsizliyin səviyyəsinin enməsi ilə nəticələnmişdir. Bundan başqa, maaşlar 5, pensiyalar isə 8 dəfədən çox artmışdır. Bu isə onu göstərir ki, ölkə başçısının “Yoxsulluqla mübarizə bizim prioritet məsələlərimizdən biridir” strateji xəttinin məntiqi nəticəsi olaraq, bu gün işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Əhalinin 1,5 milyon nəfər artması isə ölkənin gücünü və həyata keçirilən sosial-iqtisadi siyasətin effektivliyini xarakterizə edir.
Təhsilin inkişafında böyük irəliləyiş nəzərə çarpır
Prezident İlham Əliyevin “Təhsil gələcəyin, inkişafın yoludur” strateji xəttinə müvafiq olaraq, ölkədə təhsilin keyfiyyətinin artırılması, savadlılığın səviyyəsinin yüksəlməsi və cəmiyyətin intellektual potensialının artması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılmış, uğurlu islahatlar həyata keçirilmişdir. Ötən 14 il ərzində respublikada 3100-dən çox məktəb tikilmişdir. Bundan başqa, təhsilə, elmə həvəsin artması, meylin gücləndirilməsi naminə stimullaşdırıcı tədbirlər görülmüşdür. Yəni bu gün ölkəmizdə təhsil, sözün əsl mənasında, insan kapitalının əsas mənbəyinə çevrilmişdir.
Gənclər cəmiyyətin ən fəal hissəsinə çevrilib
Ümummilli liderin banisi olduğu gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Gənclərin hərtərəfli inkişafı istiqamətində görülən işlər ölkə başçısının fəaliyyətinin əsasını təşkil edir. Respublikamızda bilikli, yüksək intellektli, sağlam düşüncəli və vətənpərvər gəncliyin inkişafına böyük qayğı göstərilir. Bu isə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında müsbət yeniliklərlə nəticələnir. Dövlət orqanlarında gənc kadrlara geniş imkanlar yaradılır. Həmçinin Milli Məclisdə və bələdiyyələrdə bu gün ölkə gəncləri təmsil olunurlar. Əsas nəticə isə odur ki, Azərbaycan gənci Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun yaradılmasını, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsini, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanmasını və onun inkişafı yolunda atılan digər mühüm addımları, özünə qarşı diqqət və qayğını yüksək dəyərləndirir və Prezidentinə sadiqlik nümayiş etdirir.
Təbii ki, yuxarıda sadalanan bütün bu və digər liderlik keyfiyyətləri, verdiyi müdrik qərarlar və qazanılan böyükmiqyaslı uğurlar cənab İlham Əliyevin qarşıdakı seçkilərdə qələbəsini şərtləndirir. Xalq dayanıqlı inkişafın davamına səs verəcəyi günü böyük səbirsizliklə gözləyir. Məhz bu dəfə də böyük sevgi və inam öz ifadəsini tapacaqdır. 11 aprel tarixi Heydər Əliyev siyasətinə böyük xalq dəstəyinin növbəti təzahürü olacaqdır.
Mehti Namazov
YAP Nərimanov rayon
təşkilatının Gənclər Birliyinin
İdarə Heyətinin üzvü

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31