Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Çində Asiya Media Sammiti keçirilib

Çində Asiya Media Sammiti keçirilib

10.04.2018 [09:33]

“Asiyada KİV-lərin əməkdaşlığının yeni dövrü - qarşılıqlı əlaqə və innovativ inkişaf” adlı sammitdə Azərbaycanı AZƏRTAC təmsil edib
Aprelin 9-da Çinin Sanya şəhərində Asiya Media Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, sammit Boao Forumunun İllik Asiya Konfransı çərçivəsində baş tutub. “Asiyada KİV-lərin əməkdaşlığının yeni dövrü - qarşılıqlı əlaqə və innovativ inkişaf” adlanan sammitə qitənin müxtəlif ölkələrini təmsil edən 140-dan çox media nümayəndəsi qatılıb. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC təmsil edib.
Sammitin məqsədi Asiya KİV-lərini qitədə ölkələr və xalqlar arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, inkişafın və mədəniyyətlərin təbliğ edilməsi istiqamətində səylərini artırmağa çağırmaqdır. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvü Huanq Kunminq qeyd edib ki, indiki dövrdə medianın diqqət ayırmalı olduğu əsas məsələlər sülh və inkişafdır. “Bu iki amil olmadan qitədə əmin-amanlıq əldə etmək mümkün deyil. Ona görə də bunlar medianın prioritet mövzuları olmalıdır. Asiya mediası innovasiyalardan həm yararlanmalı, həm də onların müxtəlif sahələrdə tətbiqini təbliğ etməlidir”, - deyə o vurğulayıb.
Sammitdə Çin və xarici medianın “Bir kəmər - bir yol” Xəbər Alyansının dəstəklənməsi barədə birgə bəyannaməsi qəbul edilib. Həmçinin 22 ölkədən 19 media qurumu arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Sammit işini bölmə iclasları ilə davam etdirib.
Tədbir Boao Forumu, Çin Media Qrupu və Çin İctimai Diplomatiya Assosiasiyası tərəfindən təşkil edilib.

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31