Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prezident seçkilərini izləyəcək ABŞ və İtaliya jurnalistləri MŞ-da olublar

Prezident seçkilərini izləyəcək ABŞ və İtaliya jurnalistləri MŞ-da olublar

11.04.2018 [11:08]

Azərbaycanda səfərdə olan xarici jurnalistlər Mətbuat Şurasında olublar. Sechki-2018.az saytının xəbərinə görə, şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ABŞ və İtaliyanın nüfuzlu media orqanlarında siyasi şərhçi kimi fəaliyyət göstərən Nurit Qrengerdən, Yason Katsdan, Lello Stelettidən, Raqul Kontrerasdan və Domenika Letisiyadan ibarət nümandə heyətinin üzvlərinə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
Mətbuat Şurasının KİV-lərin 11 aprel prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini apardığını vurğulayan Ə.Amaşov xarici jurnalistləri prosesin metodları ilə tanış edib.
Qeyd edək ki, ABŞ və İtaliyadan olan jurnalistlərin ölkəmizə səfərlərindən məqsəd 11 aprel prezident seçkilərini işıqlandırmaqdan ibarətdir. Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə medianın mövcud istiqamətdəki fəaliyyətindəki müxtəlif məqamlardan söz açılıb.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31