Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sumqayıt şəhərində böyük seçici fəallığı müşahidə olunub

Sumqayıt şəhərində böyük seçici fəallığı müşahidə olunub

12.04.2018 [10:56]

Seçki prosesini izləyən beynəlxalq müşahidəçilər seçkinin azad, demokratik prinsiplərə uyğun keçdiyini bildiriblər
Aprelin 11-də Azərbaycan Respublikasında prezident seçkiləri keçirilib. Yüksək seçici fəallığı ilə müşahidə olunan prosesdə xalqımız növbəti 7 ildə ölkəyə rəhbərlik edəcək şəxsə səs verib.
Seçkiləri izlədiyimiz Sumqayıt şəhərində də seçkilər seçici fəallığı ilə baş tutub. Xatırladaq ki, Sumqayıt şəhərində 4 seçki dairəsi mövcuddur. 41 saylı Sumqayıt birinci seçki dairəsində 43396, 42 saylı Sumqayıt ikinci seçki dairəsində 42837, 43 saylı Sumqayıt üçüncü seçki dairəsində 43880, 44 saylı Sumqayıt-Xızı seçki dairəsində 41822 seçici səs vermək hüququna malikdir.
Beləliklə, 41 saylı Sumqayıt birinci seçki dairəsinin 28 saylı məntəqəsinin sədri Elşad Axundov vurğulayıb ki, yüksək seçici fəallığı mövcuddur. MnSK-nın üzvü Sevinc Muradova, eləcə də müşahidəçilər - Lamiyə Bayramova, Solmaz Rzayeva da seçkilərin demokratik və ədalətli şəkildə keçirildiyini deyiblər.
Həmin dairənin 30 saylı MnSK-nın üzvü Təranə Haqverdiyeva da seçkilərin azad və demokratik şəraitdə keçirildiyini diqqətə çatdırıb. Həmin məntəqədə ADP-nin müşahidəçisi Gülmirə Babayeva da seçicilərin aktivliyinin müşahidə olunduğunu, eləcə də seçki prosesinə müdaxilə edilmədiyini bildirib.
Seçkiləri müşahidə etdiyimiz 43 saylı Sumqayıt üçüncü seçki dairəsində seçici aktivliyi xüsusilə yüksək olub. 2 saylı Məntəqə Seçki Komissiyasının sədri Maya Abdulova bildirib ki, məntəqədə veb-kamera quraşdırılıb və seçkinin şəffaf, azad, demokratik şəkildə keçirilməsinə hər cür şərait yaradılıb. Məntəqədə seçki prosesini izləyən Müasir Müsavat Partiyasının müşahidəçisi Şərəf Əhmədova, ASDP-nin müşahidəçisi Adilə Həsənova da bildiriblər ki, seçkilər olduqca yüksək səviyyədə keçir.
Həmin dairənin 3 saylı MnSK sədri Fikrət Qasımov da bildirib ki, seçkilər yüksək səviyyədə keçir, seçicilər azad şəkildə gəlib öz mövqelərini bildirirlər, istədikləri namizədə səs verirlər. Qeyd edək ki, həmin məntəqələrin önündə “ELS” təşkilatı “exit-poll” keçirib.
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 19 saylı məntəqəsində məntəqə sədri İlahə Kazımzadə də yüksək seçici fəallığının nümayiş olunduğunu deyib. İnsanların azad və demokratik şəkildə məntəqəyə gəlib səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqədə seçkini müşahidə edən ASDP-nin nümayəndəsi Şəhla Şamxalova seçki prosesinin demokratik şəraitdə keçirildiyini bildirib.
42 saylı Sumqayıt ikinci seçki dairəsinin 16 saylı MnSK-nın sədri Nailə Dadaşova, həmin dairənin 12 saylı MnSK-nın sədri Təranə İsgəndərova da bildiriblər ki, səhər saatlarından seçicilər məntəqələrə üz tutub, öz seçki hüquqlarından istifadə ediblər. Müşahidəçilər də seçkilərdə hər hansı müdaxilənin, yaxud arzuolunmaz halların baş vermədiyini, prosesin demokratik prinsiplərə cavab verdiyini vurğulayıblar.
44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 13 saylı seçki məntəqəsində də seçicilər aktivlik nümayiş etdiriblər. MnSK sədri İlahə Həsənli bildirib ki, seçkilər uğurla keçir. Eləcə də YAP-dan olan müşahidəçi Nəzakət Mehdiyeva, MMP-dən olan müşahidəçi Tamilla Cəfərova, BAXCP-nin nümayəndəsi Afaq Rəhimova da prosesin gedişatından razı qaldıqlarını deyiblər.
Qeyd edək ki, Sumqayıt şəhərində seçki prosesini izləyən beynəlxalq müşahidə missiyalarının üzvləri də seçkilərin şəffaf və demokratik prinsiplər əsasında reallaşdığını bildiriblər. Məsələn TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının nümayəndələri - TBMM-in üzvləri Haluk İpek, Ceyhun İrgil, Qazaxıstan Respublikasının Parlamenti məclisinin millət vəkili Berik Ospanov və digərləri bildiriblər ki, Azərbaycanda keçirilən seçkilər yüksək standartlara malikdir. Beynəlxalq müşahidəçilər qeyd ediblər ki, seçki prosesinin təkmilləşdirilməsi üçün mühüm işlər görülüb. Onlar seçkiləri müşahidə etdikləri məntəqələrdə prosesin açıq və şəffaf şəkildə aparıldığını diqqətə çatdırıblar.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31