UNEC-də “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin final mərhələsi keçirilib
15.05.2018 [09:05]
UNEC-də Təhsil, Gənclər və İdman nazirliklərinin, “Kapital Bank” ASC-nin və UNEC-in birgə təşkil etdiyi “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin final mərhələsi keçirilib. UNEC-dən bildiriblər ki, müsabiqənin məqsədi Prezident İlham Əliyevin 2016-cı il 18 yanvar tarixli “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrasına ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.
“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinə respublikanın 6 universitetindən 58 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.
Finalda UNEC-in SABAH qruplarının 4-cü kurs tələbəsi Elnarə Məmmədzadə “Count Me”, 3-cü kurs tələbəsi Toğrul Mirzəyev “Novbe.al”, İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi Cəlil Abbaslı “E-travel”, Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Eşqin Cəfərov “Stevia” və Bakı Mühəndislik Universitetinin tələbəsi Elçin Süleymanov “Chessy” layihəsi ilə münsiflər heyətinin qarşısında çıxış ediblər.
Təqdimatlardan sonra münsiflər heyəti biznes ideyaları tətbiqin mümkünlüyü, məhsulun və ya xidmətin brendləşmə perspektivi, investisiya cəlbediciliyi, təqdimatı, sualların cavablandırılması, orijinal və kreativ yanaşmaya görə qiymətləndirib.
Münsiflər heyətinin qərarı ilə Eşqin Cəfərovun “Stevia” biznes ideyası qalib olub. Kənd təsərrüfatı və sənayə sahəsini əhatə edən biznes ideyada stevia bitkisinin istehsalı, dərman və qida sənayesində istifadəsi təklif olunur. Məhsul xüsusi olaraq şəkərli diabet və artıq çəkidən əziyyət çəkənlər üçün nəzərdə tutulub. Qeyd edək ki, E.Cəfərov “Made in Azerbaijan-2” müsabiqəsində IV, ilk müsabiqədə isə V yeri qazanıb.
II yerə “Chessy”, III yerə isə “Count Me” biznes ideyası layiq görülüb.
Qaliblərə və finalçılara Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC-nin qiymətli hədiyyələri təqdim olunub. İlk 3 yerin sahibi isə “Kapital Bank”ın maliyyə dəstəyi ilə Türkiyənin aparıcı universitetlərinin texnopark və startap təcrübəsini öyrənəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10

