BMT İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
05.05.2018 [16:05]
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai arasında tanışlıq görüşü olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə əlaqədar ölkəmizdə fəal və məqsədyönlü siyasət aparıldığını qeyd edib, dövlət başçısı İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının həmin məqsədlərin həyata keçirilməsi sahəsində uğurlu addımların atılmasına imkan yaratdığını vurğulayıb. Görüşdə ötən dövrdə BMT İnkişaf Proqramı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs olunub, həmin layihələrin milli sosial müdafiə sisteminin inkişafı, habelə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi sahələrində aparılan işlərə öz töhfəsini verdiyini bildirilib.
Nazir hazırda təşkilatla birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinin davam etdirildiyini, gələcəkdə aktiv əmək bazarı proqramlarının təşkili sahəsində birgə işlərin miqyasının genişləndirilməsinin məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Q.İsakzai ölkəmizdə milli inkişaf prioritetlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasının, bu məqsədlərə, o cümlədən hər kəs üçün səmərəli məşğulluq imkanlarının yaradılmasına doğru praktik fəaliyyət müstəvisində mühüm işlərin aparılmasının təqdirəlayiq olduğunu vurğulayıb. O, aktiv məşğulluq tədbirlərinin təşkili və genişləndirilməsi sahəsində nazirliklə əməkdaşlıq təcrübəsinin davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59

