“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib
08.05.2018 [17:27]
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir, silsilə tədbirlər keçirilir.
Mayın 7-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Akademiyasında “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda geniş elmi-praktiki konfrans keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazirliyin rəhbərliyi və məsul işçiləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, prokurorlar, vəkillər, elm və tədris müəssisələrinin nümayəndələri, alimlər, gənc hüquqşünaslar, vətəndaş cəmiyyətinin və media təmsilçiləri iştirak ediblər.
Konfransda Ümummilli lider Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu naminə titanik fəaliyyətindən, müasir hüquq sisteminin formalaşması və inkişafında müstəsna rolundan bəhs olunub, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, Ulu öndərin təməlini qoyduğu mütərəqqi ədliyyə və məhkəmə islahatlarının nailiyyətləri qeyd edilib.
Ədliyyə naziri F.Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə çıxış edib.
Bildirib ki, Ulu öndər uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi sayəsində xalqımızı müstəqilliyimizi yenidən itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitliyi və qanunçuluğu bərqərar edib, ölkəmiz demokratik hüquqi dövlət quruculuğu yolunu seçərək bütün sahələrdə köklü mütərəqqi islahatlar aparılıb.
Müasir ədliyyə və məhkəmə sisteminin inkişafının bilavasitə Ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayan nazir Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq mühafizə fəaliyyətinin yenidən qurulduğunu və onların gələcək inkişafının təməlinin qoyulduğunu bildirib, bu sahədə islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini və qazanılmış nailiyyətləri qeyd edib. Nazir Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirib, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.
Konfransda Ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə orqanlarının, prokurorluq və vəkillik təsisatlarının müasir dövrün tələbləri səviyyəsində qurulması, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması və yerli demokratiyanın bərqərar olunması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, hüquqşünas kadrların yetişdirilməsi ilə bağlı aparılan islahatlara dair çıxışlar dinlənilib, Ulu öndərin insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, gənclər siyasəti, vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.
Yubiley ərəfəsində, ədliyyə orqanlarında yığıncaqlar, “dəyirmi masa”lar keçirilir, gənc əməkdaşlar nazirlikdə Heydər Əliyev muzeyi ilə tanış olurlar, ixtisasartırma kurslarında xüsusi mövzular tədris edilir. Eyni zamanda, müxtəlif kütləvi idman yarışları, xeyriyyə tədbirləri, o cümlədən qanvermə aksiyası təşkil olunur, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir. Heydər Əliyevin 95 illik yubileyi münasibətilə xüsusi stend hazırlanıb, nazirliyin kinozalında Ulu öndərin zəngin həyatından və titanik fəaliyyətindən bəhs edən filmlər nümayiş olunur.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

