“Bakcell”in dəstəyi ilə daha iki gənc kiçik biznes qurdu
01.06.2018 [08:47]
Gəncədə işə başlayan gənclər “SOS Uşaq Kəndləri”nin himayəsində böyüyüblər
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İctimai Birliyi ilə həyata keçirdiyi layihə sayəsində daha iki gənc öz kiçik biznesini qurub.
“Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planı ilə fərqlənmiş layihələrdən birinin - “Meyvə bazarı” dükanının açılışı Gəncə şəhərində baş tutub. Şirkət “SOS Uşaq Kəndləri”nin himayəsində böyümüş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb.
“Bu gənclər öz bacarıqları və əzmləri ilə böyük uğura imza atıblar. “Bakcell” şirkəti olaraq, bu uğurun bir parçası olmaqdan qürur duyuruq. İnanırıq ki, pilot layihəmizdə iştirak edən gənclərin göstərdiyi nəticə başqa gənclər üçün də gözəl nümunə olacaq”, - deyə “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
Layihə çərçivəsində biznes planın hazırlanması üzrə təlim keçən Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov “Bakcell” şirkətinin bu layihədə iştirakını yüksək dəyərləndirib: “Uzun illərdir ki, Azərbaycanda müxtəlif layihələr çərçivəsində gənclərin biznes ideyalarının reallaşmasına dəstək göstəririk. Mən çox sevinirəm ki, yerli təşkilatlar və bizneslər arasında ilk olaraq “Bakcell” şirkəti ölkədə gənclərin sahibkarlığına bu şəkildə dəstək göstərdi”.
Yeni dükanın sahibləri Kamran Hüseynov və Mahal Quliyev Gəncə şəhərində bir müddət meyvə-tərəvəz ticarəti ilə məşğul olub və bu işi yaxşı mənimsəyiblər. Layihə ideyasının qiymətləndirilməsində əsas meyarlardan biri də onların bu sahədəki təcrübəsi olub.
“Öz biznesinə başla və təkmilləşdir” layihəsi bizim üçün çox faydalı oldu. Bizim bu sahədə təcrübəmiz var idi, lakin təlimlər vasitəsilə öz bilik və bacarıqlarımızı inkişaf etdirdik. Eyni zamanda, öz biznesimizi qurmaq üçün bizə maliyyə vəsaitinin ayrılmasını çox yüksək dəyərləndiririk. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq”, - deyə Kamran Hüseynov bildirib.
Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyasının himayəsində olan 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi “Bakcell” şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində “Floristika gül dükanı” və “Çay evi”, Gəncə şəhərindən isə “Meyvə bazarı” layihələridir.
Xatırladaq ki, “Bakcell” şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53

