Suraxanı rayonunda sanitar-epidemioloji məsələlərə xüsusi diqqət yetirilir
01.06.2018 [08:51]
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları aylığı” keçirilir.
Bu il keçirilən aylığın sanitar-epidemioloji xidmət orqanları tərəfindən əhali arasında “Azərbaycan Respublikası əhalisinin sanitar-epidemioloji salamatlığını təmin edən ətraf mühitdə yaşamaq hüququ”nun təbliğinə həsr olunması nəzərdə tutulmuşdur. Ölkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq gələcək nəsillərin sanitar-epidemioloji salamatlığının təmin edilməsi və əlverişli ətraf mühitdə yaşamaq hüququnun möhkəmləndirilməsi, əlverişli şəraitin yaradılması, uşaq və yeniyetmələrin səhhətinə mənfi təsir göstərən təhlükəli və zərərli ətraf mühit amillərinin aradan qaldırılması üçün çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir.
Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar məktəbəqədər uşaq tərbiyə müəssisələrində, orta məkəblərdə və digər müəssisələrdə uşaqların və yeniyetmələrin tərbiyəsi, təhsili və istehsalat təcrübəsi şərtlərinə əməl edilməsi sahəsində onların iaşəsi, sanitariya məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunmasını təmin etməlidirlər. Son illərdə rayon ərazisində fəaliyyət göstərən təlim-tərbiyə müəssisələrində əsaslı təmir işləri aparılmış və yeniləri tikilmişdir. Aparılan sağlamlaşdırıcı işlərin nəticəsi olaraq dərs otaqlarında nisbətən şagird sıxlığı aradan qaldırılmış, optimal işıqlanma, mikroiqlim və əksepidemik tədbirlərin vaxtlı-vaxtında təmin olunması şagirdlərin sağlamlığına və təhsilin yüksək keyfiyyətinə zəmin yaratmışdır.
Onu da qeyd edim ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2016-2020-ci illər üzrə strateji planının sanitar-epidemioloji məsələlərin icrası üçün tədbirlər planı ilə əlaqədar dövlət büdcəsindən maliyyələşən uşaq və yeniyetmə müəssisələrinin 100% təhlükəsiz, keyfiyyətli su ilə təminatı, məktəblilər və yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış “Əllərin gigiyenası”, “Su həyatın özüdür”, “Təmiz əllər sağlamlığın rəhnidir” mövzuları ilə bağlı mühazirələr oxunaraq tərəfimizdən təhsil müəssisələrində maarifləndirmə işləri aparılmışdır. Rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrində çalışan tibb işçiləri arasında da müvafiq maarifləndirici tədbirlər keçirilmişdir. Belə ki, 13-15 iyun 2017-ci il tarixlərində Çexiya Respublikasının Ostrva şəhərində keçirilmiş Avropa regionu üzrə dövlətlərin ətraf mühitin və sağlamlığın qorunması barədə 6-cı Nazirlər Konfransında qəbul olunmuş deklorasiyada ətraf mühitin və sağlamlığın qorunmasına yönəldilmiş tədbirlərin milli səviyyədə aktivləşdirilməsi və genişləndirilməsi məsələləri nəzərdə tutulmuşdur. Göstərilən deklorasiyadan irəli gələn məsələlərin ən əsası sağlamlığın qorunması sahəsində çalışan mütəxəssislərə əlavə olaraq təlim və hazırlıqlar keçirilməklə onların bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə tibb işçiləri arasında “posiyentin təhlükəsizliyinin birinci qlobal məqsədi: təmizlik - təhlükəsiz tibbi yardımın rəhnidir” mövzusunda geniş metodiki maarifləndirmə işi aparılmışdır.
Tədbirlər çərçivəsində qəsəbələri içməli su ilə təchiz edən məhəllədaxili su anbarlarının yuyulması işlərinə də başlanmışdır. Son 2 ay ərzində 23 məhəllədaxili su anbarının 8-i Mərkəzin mütəxəssislərinin iştirakı ilə yuyulub təmizlənmişdir. İlin əvvəlindən keçən vaxt ərzində rayon qəsəbələrini içməli su ilə təchiz edən 23 məhəllədaxli su anbarından 225 su nümunəsi və qəsəbələrdə təyin olunmuş stasionar nöqtələrdən götürülmüş 130 su nümunəsi həm Suraxanı GEM-in, həm də RGEM-nin müvafiq laboratoriyalarında müayinə olunmuşdur. Müayinə nəticələri sanitar normalar daxilindədir. Cari dövrdə rayon qəsəbələri sanitar tələblərə cavab verən, tam keyfiyyətli içməli su ilə təmin olunur.
Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün istiqamətlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitar-epidemioloji salamatlığa təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Azərbaycan Respublikası müstəqillik qazandığı ilk illərdə qəbul olunmuş “Sanitar-epidemioloji salamatlıq haqqında” qanunla ölkə əhalisinə verilmiş bu hüququn, yəni sanitar-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun möhkəmləndirilməsi üçün çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir.
İnsanı əhatə edən bioloji amillərin mənfi təsirindən qorunmaq üçün yoluxucu xəstəliklərin profilaktikası və yoluxucu xəstəliklərlə mübarizə sahəsində bir sıra qanunvericilik aktları, məsələn, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” qanunlar qəbul edilmiş, çoxsaylı sənədlər hazırlanıb təsdiq edilmişdir. Təsadüfi deyildir ki, ölkəmizin müstəqilliyi dövründə aparılmış geniş təşkilati və tibbi profilaktik tədbirlər nəticəsində əvvəllər ölkəmizdə çoxsaylı insanların düçar olduğu malyariya, poliomielit, difteriya, məxmərək kimi ağır xəstəliklərin qeydə alınması son illərdə müşahidə edilmir, peyvəndlə qarşısı alınan digər yoluxucu xəstəliklərin qeydə alınması isə nadir hallarda təsadüf edilir. Digər əksər yoluxucu xəstəliklərin isə dinamik azalması müşahidə olunur.
Profilaktik peyvəndlər rayon ərazisində fəaliyyət göstərən müalicə müəssisələrində xüsusi təlim keçmiş tibb işçiləri tərəfindən yerinə yetirilir. Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Qanunvericliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır. Hər il rayon ərazisində yaşayan və peyvənd planına düşən uşaqların 96%-i qoruyucu peyvəndlərlə əhatə olunur.
Vərəmlə mübarizə tədbirləri bütün vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün pulsuz, bərabər əsaslarla, qanunçuluğa, humanistliyə, insan və vətəndaş hüquqlarına əməl olunmaqla aparılır. Vərəmlə əlaqədar olaraq aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisəsində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınır. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin siyahısı müəyyən olunub. Bu peşə və vəzifələr üzrə işə qəbul olunarkən, eləcə də işlədiyi müddətdə ətrafdakıları yoluxdurmaq təhlükəsi olan şəxslər müəyyən olunmuş ardıcıllıqla, məcburi rentgen-flüoroqrafiya müayinəsindən keçirilirlər. Ətrafdakıları yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalara və çoxsaylı sakinləri olan mənzillərə yerləşdirmək qadağandır. Yataqxanalarda və çoxsaylı sakinləri olan mənzillərdə yaşayanlar vərəmlə xəstələndikdə dərhal hospitalizə olunurlar. Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün xüsusi xəstəxana-internat təşkil olunur və xəstələrin bu müəssisələrə göndərilməsi və qəbulu təşkil edilir. Beləliklə, sanitar-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun ən vacib istiqamətlərindən biri əhalinin təhlükəsiz, keyfiyyətli qidalanmasının təmin olunmasıdır.
Züleyxa Səmədova
Suraxanı rayonu Gigiyena və
Epidemiologiya Mərkəzinin direktoru
Xəbər lenti
Hamısına baxDünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17

