Heydər Əliyevin Ulu öndərlik missiyası
07.06.2018 [09:24]
Xatirə Quliyeva
AMEA-nın Fəlsəfə İnstitutunun
“Multikulturalizm və Tolerantlıq
Fəlsəfəsi”şöbəsinin müdiri,
fəlsəfə üzrə elmlər doktoru
Dövlət-millət, millət-dövlət qarşılıqlı əlaqəsi, fəlsəfi yanaşmada vəhdət milli ideyanın dövlət quruculuğunda güclənməsində, əbədiyaşarlıq qazanmasında əyani surətdə təzahürünü tapır. Həmçinin bu milli özünü dərk hadisəsi siyasi nəzəriyyələr sistemində çoxdan təsdiqlənmiş və elmi təhlillərə əhəmiyyətli dərəcədə imkan verən siyasi lider mühüm amilindən qaynaqlanan Ulu öndərlik missiyasını ehtiva edir.
Bu baxımdan Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin siyasi irsində, bütövlükdə Onun siyasi fəaliyyətində Ulu öndərlik missiyasının fəlsəfəsi milli və bəşəri nöqteyi-nəzərdən düşündürür, aktuallıq kəsb edir və yeni-yeni təhlillərə yol açır. “Heydər Əliyevin Ulu öndərlik missiyası nədən qaynaqlanırdı və görkəmli siyasətçi istər SSRİ hakimiyyəti zamanında, istərsə də gənc müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 il müddətində hansı prinsipləri üstün tutur, hansı konkret, özünəxas proqramdan çıxış edirdi” sualı yeni-yeni elmi müqayisələr, yanaşmalarla siyasi-fəlsəfi istiqamətdə ciddi cavablarla maraq doğurur.
Bu cavablardan birincisi Heydər Əliyevin qarşısına qoyduğu milli müstəqil dövlət yaratmaq məqsədidir. Məsələn, Heydər Əliyev hələ 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasına digər sovet respublikalarında tətbiq edilməmiş 73-cü maddənin daxil edilməsinə şəxsi təşəbbüsü və ən əsası, milli ruhunun diktəsi ilə əsl fədakarlıq və qəhrəmanlıqla nail olmuşdur ki, bunun da kökündə qeyd-şərtsiz olaraq Onun Azərbaycanı müstəqil milli dövlət kimi görmək arzu və amalı dayanırdı. Ulu öndərin 31 oktyabr 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının geniş müzakirəsindəki nitqindən misal gətirəcəyimiz aşağıdakı fikirlər bunu əyani olaraq sübut edir: “Xatirimdədir, o vaxt başqa respublikanın rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda gərək onda biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Ancaq siz nə üçün bizə mane olursunuz? Mübahisəmiz çox gərgin oldu. Ancaq biz buna nail olduq”.
Görkəmli ictimai-siyasi xadim, akademik Ramiz Mehdiyev Ulu öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycan dilinin qorunması, yaşaması, inkişaf etdirilməsi üçün həyata keçirdiyi tarixi işlərin mahiyyətini məhz milli dövlətçilik məqsədi kimi dəyərləndirərək belə şərh etmişdir: “Bu gün inamla demək olar ki, 1970-1980-ci illərdə Heydər Əliyevin milli dil sahəsində apardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirmiş və mahiyyət etibarilə Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik qazanmağa hazırlamışdır”.
Etiraf olunmalı həqiqətdir ki, Heydər Əliyev avtoritar siyasi sistem daxilində belə milli dövlət quruculuğu ideyalarını həyata keçirməklə Ulu öndərlik missiyasından çıxış etmişdir. Bu missiyanın bir mühüm amili isə milli müstəqil Azərbaycan dövlətinin şah damarı olan azərbaycançılıq ideologiyası idi. Heydər Əliyev azərbaycançılığı xalqımızın öz tarixi inkişafında qazandığı ən böyük mənəvi dəyər kimi qiymətləndirməklə ona yeni maarifçilik məzmunu verdi və hazırda müstəqil Azərbaycan dövləti bu ideya və ideologiyanın reallıqla, gerçəkliklə şərtlənən uğurlarının bəhrəsini görməkdədir.
Ulu öndərlik xalqın içərisindən çıxmış, milli identikliyin bütün mahiyyətini özündə cəmləmiş bir liderin öz vətəni, öz xalqı üçün dövlət quruculuğunun çox müxtəlif sahələrində yüksək peşəkarlıqla həyata keçirdiyi fəaliyyəti əhatə edir ki, Heydər Əliyev bu missiyanın sahibi olduğunu dəfələrlə sübut etmişdir. Məsələn, hətta bu gün belə ölkəmiz, həmçinin də bütün regionumuz üçün ciddi təhlükə olan Ermənistanın Metsamor atom elektrik stansiyasının SSRİ hakimiyyətinin marağı olaraq respublikamızın Hacıqabul rayonunun Nəvahi adlanan ərazisində yaradılması məsələsi gündəmə gəldikdə Heydər Əliyev buna daxili gücün sayəsində iki dəfə ciddi surətdə mane olmuş, nəticədə də çox təhlükəli, hətta bağlanması dəfələrlə tələb olunan bu stansiya Azərbaycanda tikilməmişdir.
Yaxud, Heydər Əliyev Rusiyanın Həştərxan vilayətində qurulması planlaşdırılan “Dənizdə Dərin Özüllər Zavodu”nun məhz Azərbaycanda yaradılmasına, ölkənin neft planını artıqlaması ilə yerinə yetirən, dövlət büdcəsinə yüz milyardlarla xeyir verən Bakı neft zavodlarının köhnə avadanlıqlarının yenilənməsinə, hətta müasir avadanlıqlarla təchiz olunmuş iki böyük neftayırma zavodunun tikilməsinə nail olmuşdur ki, bu mühüm quruculuq işləri yenə Onun Öz vətəninin, xalqının taleyini düşünən Ulu öndərlik missiyasını təsdiq edir və əlbəttə ki, 1994-cü ildə gənc müstəqil respublikada əsası qoyulan neft siyasətinin özül “daşları” kimi tarixi əhəmiyyət kəsb edir.
Eyni zamanda sovet dövründə Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ölkəmizin insan ayağı dəyməyən yerlərində yaradılan yaşayış massivləri, o cümlədən Bakının 8-ci kilometr, Musabəyov, Əhmədli, Günəşli, Hövsan, Xırdalan, Bakıxanov (o zamankı Razin) kimi irimiqyaslı qəsəbələri, respublikada qurulan fabrik və zavodlar, bir sıra sənaye müəssisələri, həmçinin digər obyektlər Onun yaxın gələcəkdə müstəqil Azərbaycan dövlətinin qurulacağına, milli dövlətçiliyin möhkəmlənəcəyinə xeyli əvvəldən inamını, Ulu öndərlik missiyasını ifadə edir.
Təsadüfi deyil ki, sovet dövründə də, postsovet mərhələsində də Heydər Əliyevi Azərbaycan Atatürkü adlandırmışlar.
Doğrudan da, Ulu öndər Heydər Əliyev də Mustafa Kamal Atatürk kimi xalqının və vətəninin taleyi tələb etdikdə onun yanında olmuş, daim həmvətənlərini dəstəkləmiş, bütün mümkün imkanları səfərbər edərək xalqını əsl xilaskar kimi ən çətin, mürəkkəb vəziyyətlərdən çıxarmışdır.
Məsələn, Sovet imperiyasının sonuncu siyasi rəhbəri M.Qorbaçovun Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefasına, həm də könüllü istefasına nail olduqdan sonra Dağlıq Qarabağ məsələsinin ermənilərin xeyrinə həll edilməsi planını işə salması heç də təsadüfi deyildi. Elə Qorbaçov komandasından olan B.N.Yakovlevin də etiraf mahiyyətində olan xatirəsi hər iki lideri yaxşı xarakterizə edir: “Əliyev güclü şəxsiyyət idi. Qorbaçov yanında güclülərin olmasına dözə bilmirdi”.
Ulu öndər Heydər Əliyevin yazıçı Aleksandr Proxorovla müsahibəsi isə Onun vətəninə tarixi “Qayıdışı” ilə Öz milli dövlət quruculuğu siyasətinə və Ulu öndərlik missiyasına inamla başladığını artıq açıq surətdə ifadə edir. “İran və Türkiyə rəhbərləri ilə aramızda şəxsi dostluq münasibətləri yarandı. İran Prezidenti öz təyyarəsini Naxçıvana göndərdi. Mən Tehrana gedib onunla yardım barəsində razılığa gəldim. Biz elektrik xətti çəkdik və İrandan enerji almağa başladıq. Eləcə də yanacaq və ərzaq... Türkiyə Prezidenti Dəmirəlin özü mənə 100 milyon dollar kredit təklif etdi. O da öz prezident təyyarəsini göndərdi və mən onun yanına, Ankaraya uçdum. Mən Türkiyəyə yol çəkdim. Araz çayı üstündən körpü saldırdım və mal təchizatını təşkil etdim”.
Milli dövlətin əsasını təşkil edən, onu hüquqi cəhətdən sistemləşdirən, əlbəttə ki, konstitusiya, qanunvericilik kodeksidir. Bu baxımdan müstəqil Azərbaycanın ilk milli Konstitusiyası, orada sistemli şəkildə təsbit olunmuş dil siyasəti, ordu quruculuğu, iqtisadi siyasət, neft strategiyası, gənclər, idman siyasəti, sosial-mədəni inkişaf proqramı və digər sahələr xalqımızın, dövlətimizin bu gününü, gələcəyini düşünən Heydər Əliyevin Ulu öndərlik missiyasını tarixi məsuliyyət hissi ilə davam etdirdiyini təsdiqləyir.
“Təhsil millətin gələcəyidir”, eyni zamanda, “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” , - deyən Heydər Əliyev hələ respublikamıza rəhbərlik etdiyi 70-ci illərdə Azərbaycanın ən ucqar dağ rayonlarında, uzaq kəndlərdə təhsilin inkişafına diqqət yönəltmiş, hətta analoqu olmayan bir hadisənin - minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin ən müxtəlif qabaqcıl respublikalarının ali təhsil ocaqlarında oxuyub, vətənə peşəkar mütəxəssislər kimi qayıtması ənənəsinin əsasını qoymuşdur. Eyni zamanda, Heydər Əliyev 1992-ci il 22-25 mart tarixində Türkiyədə olarkən Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə 100 milyon dollar məbləğində kredit ayrılmasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalayarkən hər il 100 tələbənin Türkiyədə təhsil almasını da sənədə daxil etməklə məhz milli müstəqil dövlətin böyük quruculuq ideyasına bağlı Ulu öndərlik missiyasından çıxış etmişdir.
Heydər Əliyevin Ulu öndərlik missiyasını ifadə və təsdiq edən misalların sayını artırdıqca artırmaq olar. Xalqının, millətinin tarixi və müasir günləri ilə bağlı hər hadisəni dəyərləndirən Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı və ondan ucalan böyük azərbaycançılıq ideyası, əslində, Onun Ulu öndərlik missiyasının canı, ruhu idi ki, Ulu öndər ömrünün sonuna kimi bu ideyaya, bu amala sadiq qaldı.
Bu fikrimizi Heydər Əliyevin əziz xalqına, həmvətənlərinə, bir milli ideyada yumruq kimi birləşməyi nəsihət-vəsiyyət etdiyi bütün azərbaycanlılara son Müraciəti bir daha təsdiqləyir. Bu Müraciət həmçinin Onun Ulu öndər missiyasını layiqincə və hətta politologiya nəzəriyyəçilərinin elmi qənaətlərini bütünlüklə tamamlayan məzmunda yerinə yetirdiyini bariz şəkildə ifadə edir.
Xalqa Müraciətdəki qiymətli düşüncələr Ulu öndərlik missiyasının dərki baxımından da maraqla qarşılanır. “Əziz həmvətənlər, hörmətli Azərbaycan vətəndaşları! Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur.
Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub”.
Azərbaycan xalqına Müraciətin nəticə hissəsində Ulu öndərin Öz siyasi varisini - davamçısını təqdim etməsi əsl yenilənmə - başlanğıc mahiyyətində sırf siyasi-nəzəri mövqedən bir qərar idi.
“Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla həyata keçirilməsi, ilk növbədə, məhz Ulu öndərin 01.10.2003-cü il tarixli xalqa Müraciətində əksini tapmış etimadının doğrulduğunu, ənənənin uğurlu davam etdirildiyini təsdiqləyir.
İqtisadi bünövrəsi möhkəm və müasir siyasi prioritetləri güclü olan bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da mədəniyyət, humanitar siyasət, elm, səhiyyə, habelə qadın, ailə, uşaqlar, gənclər, idman siyasəti qabaqcıl ideyalarla zənginləşdirələrək gündən-günə milli ideya ilə qaynayıb-qarışmış mahiyyətdə, yeni, modern məzmunda inkişafının yüksək mərhələsini yaşayır.
Beləliklə, “Ulu öndərlik missiyası” məqaləsində gəldiyimiz ümumi elmi-obyektif nəticə bundan ibarətdir ki, müstəqil Azərbaycan Respublikası inkişaf edib bütün dünyada tanındıqca gənc dövlətimizin memarı, cəfakeşi, Ulu öndər kimi ən nüfuzlu adı ləyaqətlə qazanmış və mənən davam edən ömründə şərəflə daşıyan, 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin Ulu öndərlik missiyası nəzəri, təcrübi mahiyyətdə müasir siyasi düşüncənin ən qlobal və aktual problemlərindən biri - yeni dünyanın nizamında dəyərlənməyə layiq ciddi idarəçilik proqramıdır.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

