Müşfiqabad qəsəbəsində ilk dəfə olaraq məcburi köçkünlər üçün əmək yarmarkası təşkil edilib
23.06.2018 [09:20]
İyunun 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün ilk dəfə əmək yarmarkası keçirib.
AZƏRTAC xəbər verir ki, Dövlət Məşğulluq Xidmətinin yarmarkaya cəlb etdiyi 73 müəssisədən məcburi köçkünlərə 532 iş yeri təklif edilib. Təklif olunan iş yerlərində əməkhaqqının məbləği 200-600 manat arasında dəyişib.
Tədbirin açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məcburi köçkünlər üçün ilk dəfə təşkil edilən yarmarkanın əhəmiyyətindən danışıb. O qeyd edib ki, gələcəkdə bu cür tədbirlərlə yanaşı, yurd-yuvasını itirmiş vətəndaşların özünüməşğulluq proqramı çərçivəsində də işlə təmin olunması sahəsində layihələr həyata keçiriləcək. Təşkil olunan ilk yarmarkaya xidmət, qulluqçu və fəhlə ixtisasları üzrə boş iş yerləri çıxarılıb. İş təklif edən müəssisələrdən 60-dan çoxu özəl sektoru əhatə edir.
Qeyd olunub ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin məşğulluğunun təmin olunması dövlət məşğulluq orqanlarının fəaliyyətində mühüm yer tutur. İşğal edilmiş bölgələrdən olan 206 məcburi köçkün ailəsi keçən il həmin proqram vasitəsilə ailə təsərrüfatları yaradıb. Gələn il isə onların sayının 1100 nəfərə çatdırılması nəzərə tutulub. Nazir müavini bu ilin beş ayında dövlət məşğulluq orqanları tərəfindən məşğulluğu təmin olunanların 1,9 min nəfərini, peşə hazırlığına cəlb edilənlərin 91 nəfərini məcburi köçkünlər təşkil etdiyini söyləyib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ötən dövrdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edərək deyib ki, məcburi köçkünlər üçün 98 yeni qəsəbə salınıb, 265 min qaçqın ailəsi mənzillərlə təmin olunub. Həmin işlərin həyata keçirilməsi üçün dövlət 6,6 milyard manat vəsait sərf edib. O, əmək yarmarkasının Müşfiqabad qəsəbəsində yaşayan məcburi köçkünlərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına yönəldiyini bildirib.
Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı və əlavə təhsil kurslarına, ayrı-ayrı şəxslər isə haqqı ödənilən ictimai işlərə göndərilmək üçün qeydiyyata alınıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

