Ulu öndər Heydər Əliyev ədəbiyyatımızın inkişafına daim diqqət və qayğı göstərib
29.06.2018 [09:54]
Sayman Aruz: 2016-cı il aprel döyüşlərində könüllü olaraq müharibədə iştirak
etmək istəyənlərin bizə göndərdikləri saysız-hesabsız məktublar bir daha sübut etdi ki, cənab İlham Əliyev bütün azərbaycanlıların Ali Baş Komandanıdır
Bu il xalqımız üçün olduqca əlamətdar yubileylər ilidir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Şərqdə ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik və Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri qeyd edilib.
Ulu öndər Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri ilə xalqımızın tarixinə böyük qurucu şəxsiyyət kimi daxil olub. Ümummilli lider Heydər Əliyev digər sahələrə olduğu kimi, Azərbaycan ədəbiyyatının inkişafına da daim qayğı ilə yanaşıb. Onun xüsusilə də Cənubi Azərbaycan ədəbiyyatına diqqət və qayğısını qeyd etmək yerinə düşər. Ulu öndər Heydər Əliyev hələ sovet dövründə Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoyub, möhkəm təməlini atıb.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası təkcə Azərbaycan ərazisini əhatə etmir, bütün dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurədir. Elə Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz ilə söhbətimizdə də bu məqamlara toxunduq. Yazıçı bildirib ki, 1934-cü ildə yaradılan və uzun illərdən bəri cəmiyyətin yetişməsində, insanların ədəbi-bədii zövqünün formalaşmasında böyük rol oynayan, ədəbiyyata başçılıq edən Azərbaycan Yazıçılar Birliyinə (AYB) Ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı olub.
O cümlədən AMEA Ədəbiyyat İnstitutunda “Cənubi Azərbaycan ədəbiyyatı,” Tarix İnstitutunda “Cənubi Azərbaycan tarixi” şöbələri bilavasitə Ulu öndər Heydər Əliyevin təklifi ilə yaradılıb. Azərbaycan Yazıçılar Birliyində “Cənubi Azərbaycan ədəbiyyatı” üzrə ayrıca katibliyin təsis edilməsi də bu qəbildəndir. 1981-ci ildə keçirilən AYB-nin VII qurultayında katiblik vəzifəsi isə Xalq şairi Balaş Azəroğluna həvalə edilib: “XX əsrin yetmiş-səksəninci illərində Ulu öndər Heydər Əliyevin Cənubi Azərbaycan ədəbiyyatı ilə əlaqədar cəsarətli çıxışları ədəbi-mədəni əlaqələrin yaradılmasına münasib şərait yaradıb. O zamana qədər heç bir siyasətçi keçmiş Sovetlər İttifaqı məkanında Cənubi Azərbaycan, yaxud Cənub ədəbiyyatı haqqında rəsmi yığıncaqlarda bir kəlmə belə danışa bilməmişdi. Bu, təkcə Azərbaycanda yox, geniş mənada sovet dövlətində həmin mövzuda son altmış ildə açıq ifadə edilən ilk tezislər idi”.
S.Aruz onu da vurğulayıb ki, bu minvalla İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarı Azərbaycanın dövlət səviyyəsində səslənən bu cür bəyanatlarından sonra geniş dairədə tanımağa başlayıblar. O cümlədən Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Bülluri, Söhrab Tahir, Əli Tudə və başqaları kimi görkəmli söz ustalarının əsərləri ilə Cənubi Azərbaycanda əsaslı tanışlıq ötən əsrin səksəninci illərindən etibarən baş verib. Eyni zamanda, bu dövrdən başlayaraq Cənubi Azərbaycan mövzusunda yeni əsərlər oxuculara təqdim olunub.
“Azərbaycan Yazıçılar Birliyində və Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbələrinin təşkili ilə yanaşı, çoxcildlik “Cənubi Azərbaycan ədəbiyyatı” antologiyalarının hazırlanıb nəşr edilməsi, ədəbi ictimaiyyətə çatdırılması da görkəmli dövlət xadimi Heydər Əliyevin atdığı qətiyyətli addımların, açdığı yeni üfüqlərin sayəsində mümkün olub”, - deyə şöbə müdiri söyləyib.
Həmsöhbətimiz ədəbiyyatımızın Cənubi Azərbaycanda sevilən sənətkarlarının, həm də Azərbaycan ədəbiyyatında imzası tanınmış şair və yazıçıların yaradıcılıqları, onların qarşılıqlı təbliği ilə bağlı məsələlərə də toxunub: “AYB-nin Güney Azərbaycan şöbəsi və Cənubi Azərbaycanda fəaliyyət göstərən bir neçə nəşriyyatın birgə fəaliyyəti nəticəsində son illərdə İranda 70-dən çox Azərbaycan şair və yazıçısının əsərləri, o cümlədən Mir Cəlal Paşayev, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Fikrət Qoca, Anar, Kamal Abdulla, Vaqif Səmədoğlu, İsa Muğanna, Afaq Məsud, Şahmar Ələkbərzadə, Mirəli Seyidov və başqalarının kitabları işıq üzü görüb. Eyni zamanda, 25-dən çox şair və yazarın kitabları Bakıda çap edilərək ictimaiyyətə təqdim olunub”.
Sayman Aruz qeyd edib: “Bu gün hər zamankından daha çox Azərbaycan cəmiyyətinin birliyə ehtiyacı var. Azərbaycan xalqının başına gələn faciələr yalnız müstəqil Azərbaycan ərazisində deyil, Arazın o tayında da müxtəlif soyqırımlarına məruz qalmaqla özünü büruzə vermişdir. Ermənilərin Urmiyə, Sulduz, Xoy, Makı şəhərlərində törətdiyi soyqırımı tarixin qara və qanlı yaddaşından silinməyəcəkdir. 2016-cı il aprel döyüşlərində könüllü olaraq müharibədə iştirak etmək istəyənlərin bizə göndərdikləri saysız-hesabsız məktublar bir daha onu sübut etdi ki, cənab İlham Əliyev bütün azərbaycanlıların Ali Baş Komandanıdır və Azərbaycan torpaqlarının hər bir guşəsi Azərbaycan xalqının namus və qeyrət mərkəzidir”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

