/ / Qubadlı rayon İcra Hakimiyyətində Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib
Qubadlı rayon İcra Hakimiyyətində Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib
03.07.2018 [09:43]
Dünən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin rəhbərliyi, əməkdaşları, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayon İcra Hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə açıq elan edilən tədbirdə geniş məruzə ilə çıxış edən rayon Polis şöbəsinin rəisi Bəhruz Cabbarov bildirib ki, Azərbaycan polisinin 100 illik yubileyi ölkəmizin bütün regionlarında qeyd edilir. 1998-ci ildən Ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə iyulun 2-nin Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdıran B.Cabbarov ölkəmizdə uğurla inkişaf etdirilən və milli təhlükəsizliyimizi özündə ehtiva edən dövlət siyasətindən bəhs açıb.
Tədbirdə çıxış edən rayon prokuroru Qoşqar Əhmədov, polis veteranı Azim Abbasov və digərləri ötən illər ərzində Azərbaycan polisinin peşəkarlığının artırıldığını, eyni zamanda, fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırıldığını bildiriblər. Qeyd edilib ki, ölkəmizdə insanların təhlükəsizliyinin qorunması, cinayətkarlıqla mübarizə yüksək səviyyədədir.
Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan polisinin Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini söyləyib. Vurğulanıb ki, daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə həyatını itirib: “Polisin sıralarında xeyli sayda Milli Qəhrəman adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Qubadlı rayon polisləri də vətən torpağının müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşublar, onlardan 12 nəfəri şəhid olub, 2 nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, bir neçə polis nəfəri isə orden və medallarla təltif olunub”.
Tədbirdə Qubadlı rayon Polis şöbəsinin fəal əməkdaşları rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

