Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul olunub
26.07.2018 [10:40]
İyulun 25-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov son dövrlər qurum tərəfindən görülən işlər barədə məlumat verib. Xüsusilə vəkilliyə qəbul prosesinin yekunlaşdırılması, yeni vəkillərin müvafiq qurumlara göndərilməsi, onların iş prosesinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub, vəkil qurumları tərəfindən təqdim edilmiş növbətçilik cədvəlləri təsdiqlənib.
Sonra Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov tərəfindən “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” qaydalarına dair layihənin təqdimatı keçirilib. Bildirilib ki, Rəyasət Heyətinin üzvləri ən qısa zamanda layihəyə dair təkliflərini Kollegiyanın aparatına təqdim etməlidirlər.
İclasda yeni vəkil qurumlarının təsis edilməsi, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub. Həmçinin vəkillər barəsində başlanılmış 10 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu ilə əlaqədar iki vəkilə töhmət verilib, bir vəkilin fəaliyyəti dayandırılıb. Habelə bir vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub. Digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.
Bundan başqa, iclasda Vəkillər Kollegiyası üzvlərinin peşə fəaliyyəti zamanı yol verdikləri nöqsanlar, onlardan şikayətlər və digər məsələlərlə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin “Qaynar xətti”nin yaradılması barədə qərar qəbul olunub.
Tədbirdə iyulun 30-da - Vəkillərin Peşə Bayramı Günündə Vəkillər Kollegiyası Rəyasət Heyəti üzvlərinin Bakıda yerləşən ahıllar evlərindən birini ziyarət etməsi və oradakı sakinlərə ödənişsiz hüquqi yardım göstərilməsi barədə qərar qəbul edilib. Bütün vəkil qurumlarına isə həmin tarixdə gün ərzində qurumlara müraciət edənlərə pulsuz hüquqi yardım göstərilməsi tövsiyə olunub.
Sonda Kollegiyanın fəaliyyətinə dair digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30

