Problemlər olmasa - bağların barı gözəl...
23.10.2009 [09:25]
Azərbaycanın dilbər guşələrindən olan Quba laləzar təbiəti, gözəlliyi, gəzməli yerləri, tarixi abidələri, möcüzəli yerləri ilə bərabər, həm də əsrlər boyu adı dillər əzbəri, ağız ləzzəti olan ağ alması ilə tanınıb. Sinab, cırhacı, sarıturş, turş, Şirvan gözəli və s. kimi qədim meyvə növləri Quba almasına həmişə şöhrət gətirib.
İntensiv bağçılığa qədər ötən dövrdə Quba məhz bu alma növləri ilə dünya xəritəsində bağlar diyarının mövqeyini müəyyənləşdirib. Tarixi məlumatlara görə, hələ ötən əsrin ilk onilliyində Qubada 200 min ton meyvə istehsal edilirdi. Bu, bağban əməyinin qüdrəti idi.
Lakin sovetlər dövründə sovxoz iqtisadiyyatı yaranandan sonra bağlar sıradan çıxmağa başladı. Sov.İKP MK-nın baş katibi Nikita Xruşşovun “Tarla gözəli” adlandırdığı qarğıdalı sahələri çoxaldıqca, bağların masştabı kiçildi.
1969-cu ildə isə Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi vəzifəsinə təyin edildikdən sonra “İntensiv bağçılığa geniş yol!”, bağçılığın sənaye təməli üzərində inkişaf proqramı irəli sürüldü və geniş bağsalma fəaliyyətinə başlandı. Palmet alma növlərinin rayon şəraitində yetişdirilməsi öz bəhrəsini verdi. 100 min ton meyvə yetişdirmək üçün böyük qüvvə sərf edən Quba bağbanları bağçılığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, aqrotexniki qaydalar əsasında rekord göstəriciyə nail olmaq əzmi ilə çalışırdılar. Bunun nəticəsi idi ki, 1985-1988-ci illərdə 80 min tona yaxın meyvə istehsal edildi.
Məhz belə bir vaxtda rayonda ikinci yeni konserv zavodu, SSRİ-nin 50 illiyi adına sovxozda istehsal gücü 3 milyon şərti banka olan konserv zavodunun yerlərdə sexləri yaradılmışdı. Bu da meyvənin hər dənəsinin istehsalına qayğı demək idi.
Lakin 1990-cı ildən başlayan hadisələrdən sonra ötən 2 il müddətində bağlar viran edildi, bol bar gözlənilən ağaclar kökündən baltalandı, oduncaq kimi satılmağa başlandı. Quba bağlarının “ağlar”, bağbanlarının isə məşəqqətli günləri başlandı. Plansızlıq, el-dövlət malına talançı münasibətin hökm sürdüyü bu dövrdə bağlar talaya çevrilmişdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra həyata keçirilən torpaq islahatları, özəlləşdirmə strategiyası öz bəhrəsini verdi. Kəndli, bağban öz torpağının, onun barının sahibi olmaq imkanı əldə etdi.
Kənd təsərrüfatı işçilərinin müşavirələrində Dövlət Proqramına uyğun olaraq meyvəçiliyin inkişafına sürət vermək barədə Heydər Əliyevin konkret göstərişləri Qubada da bağçılığın yenidən təkamülünə start verdi. Yeni tinglər salındı, AZETB və Bİ-nin bağçılıq şöbələrində alimlərin qarşısına mühüm vəzifələr qoyuldu. Bu inkişaf proqramı özünü yenidən doğrultdu. Hazırda Qubada bağbanların min bir zəhməti bahasına yetişdirdikləri bol meyvə toplanılır. Bir fakta diqqət yetirmək yerinə düşər. 2007-ci ildə bağbanlar 105 min ton meyvə istehsal ediblər. Sovetlər dövründə nə qədər cəhd edilsə də, 100 min ton meyvə rekord zirvə üçün nəzərdə tutulsa da, bu, 80 min ton civarından kənara çıxmamışdı. 2008-ci ildə yeni nəticə - 107 min ton meyvə istehsal olunub. Rayonun əlaqədar təşkilatlarından aldığımız məlumata görə, builki nəticə daha çox - 115 min ton olacaq. Bağlarda köhnə meyvə növləri ilə yanaşı olaraq, yeni “Qolden Delişes” və “Qırmızı Star-Krimson” palmet alma növləri daha çox məhsul verir. Bütün bu nailiyyətlərlə yanaşı, bağbanların üzləşdiyi problemlər də yetərincədir. 14 min hektardan çox meyvə bağında çalışan 10 min nəfərdən çox insanın bütün il boyu min bir əziyyətlə yetişdirdiyi bol məhsulun yaxşı nəticəsini görmək bu gün problemlərlə müşayiət olunur. Bu, elə məhsul yetişdirilməsinin ilk fazalarından özünü büruzə verməyə başlayıb. ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə bağçılığın inkişafı üçün kömək məqsədi ilə yardım kimi gübrə üçün hər bir təsərrüfatçıya 40 manat pul (hər hektara) verilməsi nəzərdə tutulsa da, söhbət etdiyimiz bağbanlar bu gün də həmin vəsaiti ala bilmədiklərindən gileyləndilər.
Həşərat və ziyanvericilərə qarşı mübarizə tədbirləri üçün çiləməyə lazım olan dərman preparatları “EMA” şirkəti tərəfindən satılır. Ancaq həmin şirkətin satdığı bu dərman preparatları çox keyfiyyətsizdir, qiyməti isə kifayət qədər bahadır. Qubanın Zizik kəndindən olan bağban-payçı Orucəli Məcnunovun söylədiyi bəzi məqamlar dediklərimizi təsdiqləyir.
- 0,72 hektar meyvə bağım var. 12-13 dəfə çiləmə aparmışam. Ancaq yenə də dəmgül və çürümə xəstəliyinin qarşısını almaq mümkün deyil. Alma isə qurdlu olur, gübrə üçün ayrılmış 40 manat pulu isə hələ də almamışam. Halbuki, təkcə çiləmə üçün lazım olan dərman preparatlarına 1000 manat xərcim çıxıb. Tara tapmıram. Bir ədəd 4 taxtalı yeşiyi 2-2,5 manata əldə edirəm. Ağacdibi deyilən 3-cü və 4-cü növ meyvənin yeşiyini, yəni, 30-35 kq meyvəni cəmisi 40-50 qəpiyə Xaçmaz konserv zavodundan gəlib alırlar. Bunun özü bizim əməyimizə təhqirdən başqa bir şey deyil. Quba konserv müəssisəsi isə meyvə qəbul etmir.
Əmbizlərə vurulmuş “Star-Krimson” növlü 2 tondan çox almanı göstərib:
- Bu növ meyvəni isə heç alan yoxdur - deyir.
Məlum oldu ki, bütün bağban-payçılar üçün eyni olan problemlərlə Orucəli kişi də rastlaşıb üçündür. Palmet növlu almanın yeşiyini 7-8 manata, smerenko almasının yeşiyini 10 manata alırlar. O da alıcısı olsa.
İqriq kəndindən Nemət Məmmədov, Alekseyevka kəndindən Məmməd Əmirov, II Nügədi kəndindən Eyvaz Mürsəlov və başqaları da türk istehsallı dərman preparatlarının bahalığından və keyfiyyətsizliyindən gileylənərək, məhz bu səbəbdən də, bağlarda aparılan aqrotexniki xidmətlərə, onlara çəkilən xərclərə baxmayaraq, yetişdirdikləri meyvələrin heç də az olmayan hissəsinin “xəstə meyvə” olduğundan söz açdılar. Dedilər ki, Rusiya istehsallı dərman preparatları daha keyfiyyətlidir. 2 ya 3 çiləmədən sonra zərərvericilər məhv edilir.
Bağların içində, Zərdabi kəndindəki evlərin qarşısında, yolların kənarında yüzlərlə yeşik alma sanki vitrinə qoyulub, alıcısını gözləyir. Yağışın altında örtük salınmış halda qalmış bu məhsul Quba bağlarının barı, bağbanların zəhmətinin nəticəsidir.
Düzdür, Qubada Vəl-Vələ kəndində 100 min tonluq soyuducu tikilib. Vladimirovka, II Nügədi, Zərdabi kəndlərində, Timiryazev qəsəbəsində də belə soyuducular mövcuddur. Niyə həmin soyuduculardan istifadə etmirsiniz sualımıza aldığımız cavablar bir-birinə bənzəyirdi.
- Qane etmir, xərci isə çoxdur.
Söhbətlərin davamından sonra isə aydın oldu ki, bu soyuducularla iş görməkdənsə, məhsulu elə həyətdə, bağda 5-10 manata satmaq sərfəlidir.
“EMA” şirkətinin dərman satan müəssisələrindən dərman preparatları alanların çoxu isə həm də bu obyektlərə borclarını hələ də ödəyə bilmədiklərini bildirdilər. Gözləyirlər ki, məhsul satılsın. Bağbanların kredit alması ilə maraqlandıq və məlum oldu ki, kredit almaq da sərfəli deyilmiş. Bağban müsahiblərimiz faizlərin çoxluğundan - 32-35 faiz olduğundan giley-güzar etdilər.
Ağsaqqal bağban-payçı M.Əmirov bu gün ölkədə fermer - kənd təsərrüfatının inkişafı üçün bütün imkan və şəraitin olduğundan razılıqla danışsa da, bəzi yerli məmurların laqeydliyi üzündən yetişdirdikləri məhsulun xarab olmasından gileyləndi:
- Əgər Rusiyanın şəhərlərinə meyvə daşıyan iş adamları olmasa idi, bizim zəhmətimizin sonu necə olardı?
Haqlı sual idi. 26 min torpaq payı olan Quba əməkçiləri sonda niyə problemlərlə üzləşir? Min zəhmət bahasına hasil edilən bu şöhrət rəmzi alma niyə çürüyüb torpağa qarışmalıdır? çıxış yolunu soruşduq. Bəzi fikirlər belə oldu ki, ən sərfəli çıxış yolu odur ki, yerlərdə bu məhsulu qəbul edə biləcək emal sexlərinin və digər istehsal sahələrinin sayı artırılsın, istifadəyə verilmiş və yeni tikilən soyuduculara meyvə qəbulu qaydaları üzərində nəzarət gücləndirilsin.
Bir məqalə çərçivəsində söyləyə bildiklərimiz bağbanların bu gün üzləşdiyi problemlərin kiçik bir qismini əhatə edirdi. Problemlərin həllinə isə ciddi münasibət və güclü nəzarət lazımdır. Daha geniş tədbirlər həyata keçirmək üçün bu il artıq gecdir. Gələn il üçün fikirləşməyə vaxt var!
Fikrət QURBANOV,
Quba
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

