“ABADçı”lar Qubadakı “ABAD Factory” İstehsalat Kompleksində 5 sahə üzrə fəaliyyət göstərəcək
09.11.2018 [11:09]
Noyabrın 8-də Qubadakı “ABAD Factory” İstehsalat Kompleksinə media nümayəndələri üçün press-tur təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABADçı”lar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərəcək. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev media nümayəndələrinin diqqətinə çatdırıb ki, ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarların xammalının istehsalata ötürülməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması yönündə mühüm işlər görülür.
Bildirilib ki, Azərbaycan iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrinin mühüm istiqamətlərindən biri məhz kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, eyni zamanda, regionlarda özünüməşğulluq səviyyəsinin artırılmasıdır. Quba rayonunda “ABAD Factory” İstehsalat Kompleksinin təsis edilməsi də bu fəaliyyətə yönəlmiş növbəti addımdır. Kompleksin açılış mərasimi oktyabrın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib.
Media təmsilçilərinin diqqətinə çatdırılıb ki, Quba-Xaçmaz regionunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb. Quba, həmçinin son zamanlar turizmin ən çox inkişaf etdiyi rayonlardandır.
Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABADçı” ailənin (30 nəfərə yaxın) fəaliyyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi çoxaldıqca bu sayın 50 nəfərədək artırılması planlaşdırılır. Bundan əlavə, istehsal prosesində “ABADçı”ları xammalla təchiz edəcək yeni “ABADçı”ların layihəyə qoşulması da nəzərdə tutulur. Bu da ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradacaq.
Kompleksdə “Pasha Holding”ın dəstəyi ilə “ABAD Gastro Village” layihəsi və onun nəzdində olan “Food truck”lər (təkərli qoşqular) parkı salınıb. “ABAD Gastro Village”in səyyar şəkildə fəaliyyət göstərməsi şimal regionlarında yaradılmış turizm infrastrukturunu daha cəlbedici edir. “Truck”lər 5 istiqamət üzrə satış aparır. Bura dönər, burger, pizza, şirniyyat və “ABAD” etno-butiki daxildir. Bu layihədə 20 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Rüfət Elçiyev qeyd edib ki, ölkəmizdə turizm sahəsində müşahidə olunan inkişaf meyillərinin saxlanılması üçün daim yeni və cəlbedici ictimai iaşə xidmətlərinin təklif edilməsi zəruridir. Bu baxımdan təkərli qoşqular vasitəsilə icra edilmiş “ABAD Gastro Village” layihəsinin ölkəmizin müxtəlif bölgələrində, əsasən də şimal rayonlarında səyyar şəkildə fəaliyyət göstərmək imkanına malik olması və tərtibat baxımından cəlbediciliyi layihənin uğurlu olacağını deməyə əsas verir. “ABAD Gastro Village” kompleksinin səyyar yerdəyişmələr istisna olmaqla, daimi fəaliyyət nöqtəsi Quba “ABAD Factory”nin önündə təşkil edilmiş “Food truck park”ındadır.
“ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir.
“ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən, Quba, İmişli və Şəki rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində “ABADçı” ailələr mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlərlə təmin olunub. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan, 300-dən çox qida məhsulları istehsalı sahəsində çalışan 50-dək ailəyə dəstək göstərilib. Satışları təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakıda 9 etno-butik yaradıb.
Bundan başqa, “ABADçı”lar tərəfindən istehsal olunan 40-a yaxın brend altında olan qida məhsulları “Bravo” marketlər şəbəkəsində və “Bravo Koroğlu”da yaradılmış xüsusi “ABAD” Bakaleyada satışa çıxarılır.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

