Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ədliyyə Akademiyasında Ukrayna Milli Hakimlər Məktəbi ilə birgə videokonfrans keçirilib

Ədliyyə Akademiyasında Ukrayna Milli Hakimlər Məktəbi ilə birgə videokonfrans keçirilib

29.03.2019 [09:48]

Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin və digər hüquqşünasların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir, Ədliyyə Akademiyasında müxtəlif aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla videokonfrans vasitəsilə təlimlər təşkil olunur. Bu sahədə, həmçinin bir çox dövlətlərlə faydalı əməkdaşlıq edilərək təcrübə mübadiləsi aparılır.
“Ədliyyə Akademiyası ilə Ukrayna Hakimlərinin Milli Məktəbi arasında əməkdaşlıq” haqqında Memorandumun implementasiyası çərçivəsində Ədliyyə Akademiyasında “Məhkəmə psixologiyasının aktual məsələləri” mövzusunda videokonfrans vasitəsilə təlim keçirilib.
Ədliyyə Akademiyasından AZƏRTAC-a bildiriblər ki, hakimlərin, məhkəmə aparatı işçilərinin, nazirliyin və Akademiyanın əməkdaşlarının, habelə tədris prosesinə cəlb olunan psixoloqların iştirak etdikləri tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Ukrayna Hakimləri Milli Məktəbinin rektoru Nikolay Onişuk açılış nitqi ilə çıxış edib, səmərəli əməkdaşlıq şəraitində keçirilən distant təlimin yaxşı təcrübələrin öyrənilməsi, təlim materiallarının daha çevik çatdırılması baxımından əhəmiyyətini qeyd edib, müasir dövrdə məhkəmə psixologiyasına dair məsələlərin aktuallığını vurğulayıblar.
Videokonfransda Ukrayna Hakimlərinin Milli Məktəbinin və Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aidiyyəti mütəxəssislərinin hakimlərin psixoloji hazırlığı, onların emosional tükənmə məsələləri, məhkəmə prosesi iştirakçıları ilə ünsiyyətin psixoloji xüsusiyyətləri mövzusunda mühazirələri dinlənilib, maraqlı diskussiyalar keçirilərək fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilib.
Tədbir iştirakçıları bu cür aktual mövzulara dair distant təlimlərin təşkilinin onların bilik və bacarıqlarının artırılmasında səmərəsini qeyd ediblər.

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31