/ / Qida Təhlükəsizliyi Agentliyi şəffaflığı və effektivliyi artırmaq üçün sahibkarlara və vətəndaşlara müraciət edib
Qida Təhlükəsizliyi Agentliyi şəffaflığı və effektivliyi artırmaq üçün sahibkarlara və vətəndaşlara müraciət edib
30.03.2019 [08:58]
Bu gün ölkəmizdə qida sahəsində aparılan islahat xarakterli tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Strateji Yol xəritələrinin və islahatlar dalğasının növbəti bir mərhələsi və tərkib hissəsidir. Milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi, qida təhlükəsizliyinə nəzarət sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi böyük əzm və qətiyyətlə davam etdirilir. Hazırda ölkəmizdə qida zənciri boyu məhsulların izlənilməsini, istehlakçıların və sahibkarların hüquqlarının qorunmasını özündə əks etdirən risk əsaslı yeni nəzarət sistemi qurulur.
Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə effektiv nəticələrin əldə olunması üçün hər bir vətəndaşın prosesdə iştirakı və həyata keçirilən tədbirlərə, tətbiq olunan yeniliklərə obyektiv münasibəti xüsusi əhəmiyyət daşıyır, çünki qurulan yeni qida təhlükəsizliyi sistemi bu sahəyə ictimai marağı, vətəndaş mövqeyini və iştirakını tələb edir.
Təbii ki, ölkəmizdə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən islahat xarakterli tədbirlər bu sahədə uzun illərdən bəri insanların təhlükəsizliyi və gələcək nəsillərin sağlamlığı bahasına qanunsuz olaraq külli miqdarda gəlir əldə etmiş müəyyən şəxslər tərəfindən heç də xoş qarşılanmır. Ancaq əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində agentlik tərəfindən aparılan yoxlama nəzarət tədbirləri zamanı aşkar olunan qanunsuz hallara qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçirilir.
Qida sahəsində həyata keçirilən nəzarət tədbirlərində şəffaflıq və effektivliyin daha da artırılması üçün sahibkarları və vətəndaşları prosesdə aktiv iştirak etməyə dəvət edən agentliyin müraciətində deyilir: “Əməkdaşlarımız tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən yoxlama-nəzarət tədbirləri, baytarlıq və fitosanitariya nəzarəti, idxal-ixrac proseslərində sənədləşmə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı sahibkar və ya hər hansı bir vətəndaş tərəfindən qanunsuz hal müşahidə olunarsa, bununla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Qida sahəsində qanunsuz fəaliyyət və pozuntuların vaxtında və operativ şəkildə qarşısının alınması üçün bir daha vətəndaşları prosesdə aktiv iştirak etməyə və neqativ hallarla bağlı agentliyin 1003 “Qaynar xətt”inə və ya aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırırıq”.
Xəbər lenti
Hamısına baxSiyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54

