Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Qanlı dərə” Quba-Qusar bölgəsində yaşayan xalqların qanlarının bir-birinə qarışdığı müqəddəs məkandır

“Qanlı dərə” Quba-Qusar bölgəsində yaşayan xalqların qanlarının bir-birinə qarışdığı müqəddəs məkandır

30.03.2019 [09:02]

Martın 29-da Qusarın ictimaiyyət nümayəndələri 1918-ci ildə “Qanlı dərə”də qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə təşkil edilən mərasimin iştirakçıları abidənin qarşısına gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yürüşə qatılıblar.
Sonra Qusar Dövlət Rəsm Qalereyasında məktəblilərin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr etdiyi rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, 1918-ci ilin inzibati bölgüsünə görə Qusar ərazisi Bakı quberniyasının Quba qəzasına daxil idi. Həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın tapşırığı ilə ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə Quba qəzasına göndərilmişdi. Erməni generalı Hamazaspın rəhbərlik etdiyi bu hərbi dəstə 1918-ci ilin yanvar-may aylarında Quba qəzasında 16 mindən çox insanı məhv etmişdi. Soyqırımına məruz qalan sakinlər arasında xeyli sayda ləzgi, tat, yəhudi və digər xalqların nümayəndələri də var idi. Qırğınlar zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdı ki, bunlardan da 35-i xəritədən silinib. Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar. Onlar qadın, uşaq demədən, qarşılarına çıxan hər kəsi öldürür, evlərə soxularaq ailələri ucdantutma qırırdılar.
Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da, yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular. Məhz “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının bir-birinə qarışdığı müqəddəs məkandır.
Tədbirdə çıxış edən digər natiqlər də erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışıblar.

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31