BSU-da “Dualarda yaşayan şəhidlər” adlı mərasim keçirilib
06.04.2019 [09:12]
Bakı Slavyan Universitetində (BSU) Gənc Yaradıcılar Klubunun təşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş “Dualarda yaşayan şəhidlər” adlı anım mərasimi keçirilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdən öncə BSU-nun müəllim heyəti və Tələbə Gənclər Təşkilatının üzvləri II Fəxri xiyabanda Aprel şəhidlərinin məzarlarını ziyarət ediblər. Anım tədbirinin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə qəhrəman əsgər və zabitlərimiz erməni təxribatına layiqli cavab verərək, uğurlu əks-hücum əməliyyatı keçirib, düşmənə sarsıdıcı zərbələr vurublar: “Aprel döyüşlərindən sonra Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edildi. Bizim əsgərlərimiz, zabitlərimiz sübut etdilər ki, Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hər an hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu bir daha sübut etdi”.
Rektor həmin vaxt şəhid olanların, o cümlədən 2016-cı il aprel ayının 4-də Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan BSU-nun məzunu Vüqar Süleymanovun xatirəsini yad edib, şəhidlərə Allahdan rəhmət diləyib.
N.Əliyeva həmçinin dövlət tərəfindən ordumuz üçün yaradılan şəraitdən söz açaraq bildirib ki, hərbi sıralarımızda nizam-intizam hökm sürür, ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Rektor YAP Qadınlar Şurasının sədri kimi Aprel döyüşlərindən sonra cəbhə xəttində əsgərlərlə görüşündən də söz açıb, Azərbaycan əsgəri üçün yaradılan şəraiti qürur hissi ilə ifadə edib. O qeyd edib ki, ordumuzun ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlarla, hərbi texnika ilə təmin edilməsi Prezident İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. N.Əliyeva bu gün ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın əvəzsiz bir nemət olduğunu vurğulayıb, gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyə səsləyib. O, gənclərə yad ideologiyalara, yabancı düşüncələrə uymamağı tövsiyə edib.
Tədbirdə Prezident İlham Əliyevin Aprel döyüşləri ilə bağlı nitqi dinlənilib. Sonra Aprel şəhidlərinə həsr olunan videoçarx nümayiş etdirilib.
Qarabağ müharibəsi veteranı, BSU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov Aprel döyüşləri zamanı Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb. Bununla yanaşı, Aprel döyüşlərinin canlı iştirakçısı, həmin döyüşlərdə cəbhə xəttində hərbi xidmətdə olan Nizaməddin Babazadə döyüş təəssüratlarını iştirakçılarla bölüşüb: “Döyüşlər zamanı təmas xəttinə yaxın yerləşən kəndləri təhlükəsizlik üçün boşaltmaq məqsədilə gedərkən gördüm ki, vətəndaşlarımızda nə qədər milli ruh var. Bu qorxmaz insanlar atəş altında belə öz doğma evlərini, kəndlərini tərk etməmişdilər”.
Sonra iştirakçılar BSU YAP Gənclər Birliyinin Aprel döyüşləri haqqında 13 dildə hazırladığı videoçarxı izləyiblər.
Tədbir Gənc Yaradıcılar Klubunun tərcümə fakültəsi üzrə fəal tələbələrinin vətənpərvərliklə bağlı bədii kompozisiyasının təqdimatı ilə başa çatıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

