/ / “Mən öz gələcəyimi seçirəm” adlı seminarda narkotiklərin insan sağlamlığına məhvedici təsirlərindən danışılıb
“Mən öz gələcəyimi seçirəm” adlı seminarda narkotiklərin insan sağlamlığına məhvedici təsirlərindən danışılıb
18.04.2019 [09:49]
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində aprelin 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, akademiyanın müəllim və tələbə kollektivinin, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə narkotik vasitələrin cəmiyyətə, insanların həyatına və sağlamlığına mənfi təsirləri barədə videoçarx nümayiş olunub.
Seminarda XXXVI beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamından bəhs edilib, müvafiq qurumlarla birgə tədbirlər planının təsdiq olunduğu, təşkilat komitəsinin yarandığı barədə məlumat verilib. Həmçinin konfrans çərçivəsində keçirilən “Tələbatın Azaldılması Təhsil Proqramı” və maarifləndirici seminarlar haqqında məlumat verilib. Qeyd edilib ki, bu proqram və seminarlar vasitəsilə müxtəlif ölkələrin təhsil müəssisələrində, o cümlədən Azərbaycanda təhsil işçiləri, tələbələr və məktəblilər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, müalicənin labüdlüyü barədə maarifləndirmə xarakterli tədbirlər və sağlam həyat tərzinin gənclər arasında təbliği yeni və daha təsirli metodlarla həyata keçirilir. Bu məqsədlə seminarlar təşkil etmək üçün xarici ölkələrdən mütəxəssislər ölkəmizə dəvət edilib. Belə maarifləndirici tədbirlərin keçirilməsinin narkomanlığın yayılması və “ağ ölüm” ilə mübarizənin gücləndirilməsi baxımından önəmi vurğulanıb.
Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə keçirilən təlim gələcəkdə narkotik aludəçiləri də daxil olmaqla, həssas təbəqə ilə işləyəcək mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır.
Seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron mühazirə oxuyub. Qeyd edib ki, o, dünyada gənclərə narkotikin zərərləri barədə mühazirələr keçir. İndiyədək Azərbaycan daxil olmaqla 10-dan çox ölkədə 500-dən çox təqdimatla çıxış edib.
“Bizim əsas devizimiz “Mən öz gələcəyimi seçirəm”dir. Əgər siz universitetdə oxuyursunuzsa, deməli, həyatınızda vacib seçim etmisiniz. Arzuların məhv olmasının asan yolu narkotiklərdən istifadədir. Biz bu barədə söhbət açır və sonda gənclərdən onların seçimləri haqqında soruşuruq”, - deyə ekspert bildirib.
Rokuelle Herron müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları barədə danışıb. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılmasının önəmi qeyd edilib. Mühazirədə ABŞ-da narkotiklərdən istifadənin fəsadlarından, onun qurbanlarının ilbəil artmasından da danışılıb. “Ümid edirik ki, narkotik vasitələrin zərərləri barədə məlumat sayəsində gənclər həyatlarında doğru seçim edəcəklər. Çünki gənclərin bugünkü seçimləri gələcəkdəki həyatlarını müəyyənləşdirəcək. Bu problemlərin Azərbaycana gəlməyəcəyinə və gənclərin öz gələcəklərini doğru yöndə seçəcəklərinə inanıram”, - deyə Rokuelle Herron əlavə edib.
Tədbirdə Kolumbiyanın Narkotiklərlə Mübarizə İdarəsinin Boqotada fəaliyyət göstərən əməkdaşı Bobi Lukas narkomaniyanın qarşısının alınması yolları barədə məlumat verib.
Sonda tələbələrin və müəllimlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24

