Televiziya incəsənət proqramları milli-mənəvi dəyərlər sistemində
23.04.2019 [09:14]
Azərbaycanın müstəqilliyi ölkədə KİV-in azad inkişafını, xalqımızın qloballaşan dünyada özünün milli-mənəvi dəyərlər sistemində yaradıcı fəallığının artmasını, xalq sənətinin, mədəniyyətimizin zənginləşdirilməsi prosesini gücləndirdi. Şübhəsiz ki, bu prosesdə KİV, o cümlədən televiziyanın rolu xüsusi əhəmiyyətə malikdir. Heç şübhəsiz, zəngin tarixə məxsus incəsənətin milli çalarlarını obrazlı, gerçəkliyin estetikasını, onun yaradıcılıq qüdrətini geniş şəkildə xalqa nümayiş etdirmək medianın və xüsusilə televiziyanın öhdəsinə düşür. İstər sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycanın milli dəyərlər sisteminə həmişə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev bu sahədə televiziyanın imkanlarını yüksək qiymətləndirirdi. O, çıxışlarının birində “Televiziya böyük bir aləmdir... indi heç birimiz özümüzü televiziyasız təsəvvür edə bilmərik”, - deyə qeyd etmişdi. İncəsənətin cəmiyyətə çatdırılmasında televiziyanın rolunu yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Televiziya xalq ilə, vətəndaşlarımızla kütləvi informasiya orqanları arasında əlaqə yaradır... Teatrı biz vaxtilə çox yüksək qiymətləndirirdik, bu gün də yüksək qiymətləndiririk. Çünki insanların estetik tərbiyəsində, onların mədəni səviyyəsinin artmasında, insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. Sonra teatrla bərabər kino bu rolu oynamağa başladı. Dünyada televiziya meydana gələndən sonra televiziya bu iki mühüm sahənin fəaliyyətini, ola bilər, bir qədər məhdudlaşdırsa da, eyni zamanda, onların əldə etdiyi nailiyyətləri geniş kütlələrə çatdırmaq üçün gözəl, ən gərəkli vasitə oldu”.
Ulu Öndər Heydər Əliyev Azərbaycan televiziyasının işçilərinə onların peşə bayramı münasibətilə ünvanladığı təbrik məktubunda bu media vasitəsinin mədəniyyət və incəsənətin təbliğindəki rolunu yüksək qiymətləndirərək onu “xalqımızın yüksək əxlaqi dəyərlərinin, ideallarının, mədəniyyətinin, arzu və istəklərinin ifadəçisinə çevrilmiş bir vasitə” olaraq səciyyələndirirdi. Ulu Öndərin bu fikirləri, əslində, televiziyalarımızı cəmiyyətin özünüdərk prosesi üçün dəqiq və mükəmməl şəkildə özünün mütərəqqi yaradıcı istiqamətini təyin etməyə, həmçinin yeni yaradıcılıq axtarışlarına çağırırdı.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev mükəmməl bir məktəb yaratdı. Həmin məktəbin sədaqətli davamçısı Prezident İlham Əliyev incəsənətimizin qorunması və inkişafına çox böyük diqqət yetirməkdədir. Prezident İlham Əliyev “Azərbaycan haqqında reallıqlar, həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Azərbaycanın qədim tarixi var, Azərbaycanın çox zəngin mədəniyyəti, incəsənəti, mədəni irsi var. Bu haqda dünyada mövcud olan məlumatlar, informasiyalar çox azdır, çox aşağı səviyyədədir. Bu sahədə də böyük işlər görmək lazımdır”, - deyə bildirir. Dövlət başçısının bu fikri televiziyalarımız qarşısında çox mühüm vəzifələr qoyur, Azərbaycanın özünün yaratdığı süni peyk vasitəsilə dünyaya yayımlanan telekanallarımıza milli dəyərlərimizi, o cümlədən incəsənətimizi dünyaya tanıtdırmağa bir çağırışdır. Televiziyalar bu sahədə çox böyük yaradıcılıq işi görməkdədirlər.
Prezident İlham Əliyev daim milli-mədəni irsimizə, maarifçilik ideyalarına xüsusi diqqət göstərir. Buna misal olaraq ölkə başçısının Şəki rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə dediyi sözləri xatırlatmaq yerinə düşər: “Bizim zəngin tarixi-mədəni irsimiz qorunub saxlanılır. Biz bu məsələyə də çox böyük diqqət göstərməliyik. Mən çox şadam ki, Şəki xanlarının sarayı artıq bərpa olunubdur. Bu, böyük hadisədir. Bu bölgədə - Şəkidə və ətraf rayonlarda Azərbaycan mədəniyyətinin çox dəyərli abidələri vardır. Azərbaycanda bütün tarixi abidələr qorunub saxlanılır. Azərbaycanda dözümlülük var, tolerantlıq var. Bütün millətlərin nümayəndələri, bütün dinlərin nümayəndələri ilə bir ailə kimi yaşayır”.
Bu kontekstdə bir faktı diqqətə çatdırmaq məqsədəmüvafiq olar. İctimai Televiziya yarandığı dövrdən Şəkidə, Qəbələdə, Oğuzda, Balakəndə, Qaxda və s. regionlarda tarixi abidələrimizi, tarixi memarlığı, incəsənətimizin təsviri sənət incilərini özündə ehtiva edən qalalar, abidələr və başqa millətlərə xas olan kilsələr, sinaqoqlar, katolik kilsə nümunələrini əks etdirən otuzdan çox sənədli film hazırlanmış və tamaşaçılara təqdim edilmişdir. Bu film və proqramları sovet dönəmində indiki kimi milli ruhda yaratmaq mümkün deyildi. Hətta belə bir faktı da qeyd etməliyik ki, televiziya sənədli filmi bir proqram formatı kimi daha artıq maliyyə vəsaiti tələb etdiyinə görə, sovet hakimiyyəti onlara büdcədən vəsait ayırmağı artıq xərc hesab edirdi. Ona görə də televiziyanın proqram şəbəkəsində özlüyündə mühüm yer tutan sənədli filmlər sayca az miqdarda idi. Bu sənədli filmlərin maarifçilik baxımından xüsusi önəm daşıdığını dərk edən Azərbaycan dövləti öz müstəqilliyini qazandığı ilk vaxtlardan məhz sənədli televiziya filmlərinin çəkilib ərsəyə gəlməsi üçün çox böyük vəsait ayırmış və ayırmaqdadır. Hətta dövlət və özəl telekanalların büdcəsindən əlavə, Azərbaycan Milli Televiziya və Radio Şurası tərəfindən bu sahəyə böyük vəsait ayrılması milli-mənəvi dəyərlərin qorunmasına göstərilən diqqətin bariz nümunəsidir.
Ölkəmizdə mədəni sferanın bütün sahələrinin inkişafı və təşəkkülü istiqamətində siyasətin həyata keçirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin üzərinə də mühüm vəzifələr düşür. Bu nazirlik regionlarda, paytaxtda olan incəsənət nümunələrinin təbliği sahəsində dövlət siyasətini həyata keçirmək məqsədilə kifayət qədər multimedia və elektron resurslar yaratmışdır... Belə resurs istifadəçiləri virtual şəkildə muzeylərimizdə incəsənət nümunələrinə gedib baxmağa maraq göstərirlər. Mədəniyyət Nazirliyi ayrı-ayrı televiziya kanalları ilə birgə layihələr hazırlayıb onu çoxsaylı tamaşaçı auditoriyasının ixtiyarına verir. İnformasiya texnologiyalarının indiki inkişaf mərhələsi müasir cəmiyyətə informativ əsərlərin istər bədii-pulisistik, istərsə də bədii-estetik üslubda daha tez və daha əhatəli çatdırılmasına imkan verir. Belə vasitələrdən, xüsusilə televiziyadan istifadə daha çox qənaətbəxşdir. Çünki XXI əsrin mədəniyyət məkanında baş verən fundamental dəyişikliklər, hər şeydən əvvəl, televiziyanın yaratdığı informasiya inqilabı ilə bağlıdır. Yaşadığımız dünya bu inqilab nəticəsində virtual reallıqlar hesabına genişlənmişdir.
Televiziya və digər elektron informasiya vasitələrinin hüdudsuz yayım imkanı bəzi qarşısıalınmaz və xoşagəlməz halların da yaranmasına səbəb olur. Belə ki, bəzi ölkələr digər ölkələrin tarixinə, milli-mənəvi və mədəni sərvətinə müdaxilə edə bilmə imkanından sui-istifadə edərək onları mənimsəyir, öz adlarına çıxırlar. Ermənistan dövlət səviyyəsində belə bir cəhdi göstərir, onlar Azərbaycan xalqının incəsənət nümunələri olan ney, balaban, kamança və s. kimi milli musiqi alətləri, “Sarı gəlin” xalq mahnısı, hətta bəzi muğam növlərini öz adlarına çıxmaqla bəzi xarici telekanallarda nümayiş etdirirlər. Və bu gün müstəqil Azərbaycan öz milli dəyərini, incəsənət əsərlərini yad təsirlərdən qorumaq, Ermənistan kimi bədnam ölkələrin digər xalqların sənət nümunələrini oğurlamasının qarşısını almaq üçün medianın verdiyi bütün imkanlardan istifadə edir.
Bir sözlə, Azərbaycanın qloballaşan dünyada öz mədəniyyətini və incəsənətini, bütövlükdə milli-mənəvi dəyərlərini qoruması və zənginləşdirməsi bu gün ciddi əhəmiyyət kəsb edir. Onu da vurğulamaq yerinə düşər ki, müasir dövrdə Avropa müxtəlif ölkələrin, xüsusilə Şərqin milli dəyərlər sisteminə müdaxilə etməyə, öz dəyərlərini süni şəkildə qəbul etdirməyə, bunu isə KİV, xüsusən televiziyanın imkanlarından istifadə etməklə həyata keçirməyə cəhd göstərir. Öz növbəsində Azərbaycanın televiziyaları bəhs edilən istiqamətdə gözlənilən hər hansı bir təhlükəni önləmək üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışırlar.
Fəxriyyə Lilpar İsayeva
Xəbər lenti
Hamısına baxSosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08

