Dövlət Gömrük Komitəsinin sədri “Qırmızı Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub
30.04.2019 [10:01]
Aprelin 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub.
DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, S.Mehdiyev öncə “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsinin yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinə baxış keçirib.
Xatırladaq ki, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində yaradılıb.
Komitə sədrinə məlumat verilib ki, Ticarətin Asanlaşdırılması Mərkəzinin ümumi sahəsi 12 hektardır. Mərkəzin inzibati binasının ümumi sahəsi 1590 kvadratmetr təşkil edir. Binanın birinci mərtəbəsində müvafiq dövlət qurumları “bir pəncərə” prinsipi əsasında xidmət göstərir. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşir. Mərkəzin ərazisində, həmçinin yük avtomobillərinin yoxlanılması üçün “X-ray” qurğusu yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da var.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK-nın sədrinə məlumat verilib.
Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

