/ / Azərbaycan Dillər Universitetində Türkiyənin Atılım Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Dillər Universitetində Türkiyənin Atılım Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
03.05.2019 [10:07]
Mayın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Türkiyənin Atılım Universitetinin prorektoru, professor Sərkan Əryılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qardaş ölkə təmsilçilərini rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu söyləyən rektor Kamal Abdulla ötən il Türkiyənin Atılım Universiteti ilə ADU arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. Elm, təhsil sahəsində qardaş ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayan rektor bu istiqamətdə müxtəlif layihələrin həyata keçiriləcəyini söyləyib.
Həmçinin rektor ADU-dakı fakültələrin, dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti, baş redaktoru olduğu “Türkologiya” jurnalı haqqında məlumat verib, həyata keçirilən türkoloji layihələrdən bəhs edib. O həmçinin “Nibelunqlar nəğməsi” və “Kitabi-Dədə Qorqud” dastanlarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqat layihələrindən söz açıb.
K.Abdulla Azərbaycanda multikulturalizmlə bağlı görülən işlər barədə məlumat verərək bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən danışıb.
ADU ilə təcrübə mübadiləsinin hər iki universitet üçün faydalı olacağını bildirən Atılım Universitetinin prorektoru, professor Sərkan Əryılmaz təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. O bildirib ki, 1996-cı ildə yaradılan, Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən universitet fəaliyyət göstərdiyi qısa zaman ərzində “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində, “Times Higher Education World University Ranking”lərdə əhəmiyyətli mövqelər tutub. S.Əryılmaz bildirib ki, Atılım Universitetində 50-dən çox xarici ölkədən olan gənclər təhsil alırlar. Bu universitetdə tədris türk və ingilis dillərində aparılır.
Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

